Sizin Reklam Burada
Xəbər lenti
17-04-2024
16-04-2024
BÜTÜN XƏBƏRLƏR

Səhər yeməyi yeməmək ölüm riskini artırır – ARAŞDIRMA

Tarix: 29-04-2019 12:04     Baxış: 3242 A- / A+
Səhər yeməyi yeməmək ölüm riskini artırır – ARAŞDIRMA


Səhər yeməyi çox vaxt qida qəbulu baxımından günün ən vacib yeməyi sayılır. Bir araşdırma göstərib ki, səhər yeməyi insanın hətta həyatını xilas edə bilər.

Amerika Kardiologiya Kollecinin bu həftə açıqladığı araşdırmasında səhər yeməyi yeməməyin ürək-damar xəstəlikləri səbəbilə ölüm riskini artırdığı bildirilib. Lakin araşdırmaya qarşı çıxanlar da var.

Müxtəlif ABŞ universitetlərindən tədqiqatçıların qatıldığı təcrübələrdə 1974-1988-ci illər arasında 40-75 yaş arası 6550 nəfər üzərində araşdırma aparılıb. Araşdırmaya qatılanlardan səhər yeməyini mütəmadi olaraq yeyib-yemədikləri soruşulub. Onlardan 5 faizi heç səhər yeməyi yemədiklərini, 11 faizi bəzən yediklərini, 25 faizi isə səhər yeməyini gec yediklərini deyib.

Tədqiqatçılar bundan sonra 2011-ci ilə qədər ölüm göstəricilərini araşdırıb. Həyatını itirən təcrübə iştirakçılarının 2318-də səhər yeməyi vərdişləri ilə ölüm nisbəti arasında əlaqə müəyyən edilib.

Siqaret və artıq çəki kimi risklər nəzərə alınsa belə, səhər yeməyi yeməyənlərin hər hansı səbəbdən ölüm riskinin 19 faiz, ürək-damar xəstəliklərindən ölmək riskinin isə 87 faiz artdığı müəyyən edilib.

Səhər yeməyi yeməməyin insan sağlamlığına mənfi təsir etdiyi bilinsə də, alimlər bu təsirin detallarını hələ də araşdırır. ABŞ alimlərinin bu araşdırmasına tənqidlər yönəlib.

İlgiltərənin Milli Səhiyyə Xidməti (NHS) nəticəni qiymətləndirərkən bildirib ki, araşdırmada səhər yeməyi yeməmək və ürək xəstəlikləri səbəbindən ölüm riski arasında birbaşa əlaqə sübut edilməyib.

Araşdırmada səhər yeməyi yeməyənlərin əvvəllər siqaret çəkdiyi, alkoqol qəbul etdiyi, fiziki aktivliyinin olmaması, düzgün qidalanmaması, sosio-iqtisadi vəziyyətlərinin daha aşağı olduğunu vurğulayaraq bu cür faktorların ürək xəstəliyi riskini artırdığını bildirib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar