Sizin Reklam Burada
Xəbər lenti
29-03-2024
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

“Əli Abbasovun 1 aylıq xərci ilə bizim ailə 15-20 il dolana bilər…” - Tanınmışlar danışdı

Tarix: 25-11-2016 22:27     Baxış: 4342 A- / A+
“Əli Abbasovun 1 aylıq xərci ilə bizim ailə 15-20 il dolana bilər…”



Sabiq rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov aylıq şəxsi xərclərinə 300 min manat xərcləməsi ilə bağlı yayılan informasiya medianın əsas müzakirə mövzusuna çevrilib.

Sabiq nazirin tabeliyində çalışmış şəxslərin, o cümlədən nazirliyin Aparat rəhbəri olmuş Vidadi Zeynalovun işi üzrə prokurorluqda belə bir ifadə verdiyi bildirilib.

Sabiq nazirin ayda 300 min manatı nəyə xərcləməsi insanlarda sual doğurdu. Biz də bu faktdan çıxış edərək orta səviyyəli həyat sürən ictimaiyyət nümayəndələrinin aylıq xərclərinin nə qədər olması ilə maraqlandıq. Məlum oldu ki, əksər ziyalılarımızın aylıq xərci Əli Abbasovun xərcindən nə az, nə çox, 1000 dəfə azdır.

“Əli Abbasovun 1 aylıq xərci ilə bizim ailə 15-20 il dolana bilər…”


“Yeni Müsavat”ın sorğusunu cavablandıran tanınmış şair Aqşin Yenisey bildirdi ki, onun aylıq xərci Əli Abbasovun aylıq yox, bir dəqiqəlik xərci ilə müqayisə oluna bilər: “Əli müəllimin cibxərcliyi ilə bizim ümumi dolanışığımızı müqayisə etmək Hindistanda raca ilə şudranı müqayisə etmək kimi bir şeydir. İlahi əsası olmasa da bizdə də artıq kasta sistemi formalaşıb, ölkədə özlərini Allaha bərabər tutan racalar, brəhmənlər və heyvan qədər də hüququ olmayan şudralar yaşayır. Bircə qalır bunun ilahi əsasını yaratmaq, peyğəmbərini elan etmək. Qaldı ki, bizim aylıq gəlirimizə, onu Əli müəllimin aylıq yox, ancaq saatlıq, dəqiqəlik xərci ilə tutuşdurmaq olar”.

“Əli Abbasovun 1 aylıq xərci ilə bizim ailə 15-20 il dolana bilər…”


Jurnalist Seymur Verdizadə isə ailəsinin daha qənaətli bir büdcəyə sahib olduğunu dedi: “Mənim aylıq gəlirim hər hansısa başqa bir jurnalistin aylıq gəlirindən çox deyil. Buna baxmayaraq, kimdənsə, borc aldığım yadıma gəlmir. Biz bədxərc ailə deyilik. Əlimizdəki pulun yarısını bu gün xərcləyəndə, yarısını da sabaha saxlayırıq. Hazırda oğlum 11-ci sinifdə oxuyur. O, ali məktəbə hazırlaşdığı üçün bu il xərcimiz bir az artıb. İstənilən halda, ayda 1200-1500 manat bizə bəs edir. Əgər çox olsaydı, bir az da çox xərcləyərdik. Amma azla da qane olmağı öyrənmişik. Sonda onu deyə bilərəm ki, Əli Abbasovun 1 aylıq xərci ilə bizim ailə 15-20 il dolana bilər”.

“Əli Abbasovun 1 aylıq xərci ilə bizim ailə 15-20 il dolana bilər…”


“Bakı Post” saytının baş redaktoru Elçin Zahiroğlu isə bahalaşma amilinə diqqət çəkərək, xərclərinin də bununla paralel artdığını bildirdi: “Neçə illərdi, dəqiqləşdirmək istəyirəm ki, aylıq mənə nə qədər pul kifayət edir, amma dəqiqləşdrə bilmirəm. Hər ay fərqli büdcələr olur. Bu yəqin ki, səfərlər, qonaqlıqlar, ad günləri və ya nəzərdə tutulmayan qəfil hadisələrdən asılıdır. Üstəlik, hər gün qiymətlərin artması da dəqiq büdcə formalaşdırmağa imkan vermir. Hər halda xərclər 1000 manatdan yüksək rəqəmdir. Bahalaşma gedir, məişət texnikaları fantastik dərəcə də qalxıb, geyimlər çox bahalaşıb. Ona görə də, bu fəsildə demək olar ki, qordirobum təzə paltar görmədi. Ərzaqların qiymətini əvvəldən dəqiq bilmədiyimə görə, nəyin nə qədər bahalaşmasını bilmirəm. Amma ümumilikdə xərclər çox artıb. Demək olar ki, evə hər dəfə eyni məhsullar alırıq. Hər dəfə də kassada nəzərdə tutduğumdan xeyli artıq pul ödəməli oluram. Aldığımız mallar eyni qalır, xərc isə hər gün artır.Adama elə gəlir ki, insanlarımız birdən-birə qiymət şokuna düşəcək”.

“Əli Abbasovun 1 aylıq xərci ilə bizim ailə 15-20 il dolana bilər…”


Politoloq Elxan Şahinoğlu da sorğumuza cavavında bildirdi ki, indiki iqtisadi böhran hər ay maaşdan əlavə “konvert” alan məmurları daha çox çətinə salacaq: “Biz ailədə 4 nəfərik. Ailə büdcəmiz orta sinif ailəsinin büdcəsi qədərdir, nə az, nə çox. Əlbəttə, qiymət artımı çoxlarına təsir etdiyi kimi bizim ailədən də yan keçməyib. Buna baxmayaraq, gəlirlərimizlə xərclərimizi uzlaşdırmağa çalışırıq. O ki qaldı, böyük konvertlərdə maaş alanlara, onlar üçün ağır mərhələ başlayır. Çünki, illərlə konvertlərdə 10, 150, hətta 100 min manat almağa alışmış kəsim indi bu kəsiləndən sonra aylıq məvaciblə yaşaya bilmir, belələri stress içindədir. Çünki, Azərbaycanın iqtisadi durumu o vəziyyətdə deyil ki, yaxın pesrpektivdə konvert sistemi yenidən bərpa olunsun. Konvertə öyrəşənlərin iki yolu var: ya çalışdığı dövlət idarəsində quru maaşa işləməyə davam etməlidir, ya da bu maaşı aşağı bilib, özünü özəl sahədə sınamalıdır. Ancaq konvertə öyrəşənlərin böyük qismi tənbəlləşib, elə böyük bilik sahibi də deyillər ki, indiki çətin vəziyyətdə öz ağılları ilə pul qazanmağı bacarsınlar”.

“Əli Abbasovun 1 aylıq xərci ilə bizim ailə 15-20 il dolana bilər…”


QHT sədri Mirvari Qəhrəmanlı isə aylıq büdcəsinin tez-tez dəyişdiyini və bunun sağlamlıq durumundan asılı olduğunu qeyd etdi: “Aylıq xərcim hər ay müxtəlif olur. Bu da tələbatdan, sağlamlığımdan, ehtiyaclarımdan asılı olaraq dəyişir. Bəzən az xərcləyirəm, bəzən də çox. Ancaq orta hesabla 300-400 manatdan çox olmur. Son aylardakı bahalaşma büdcəmizə ciddi təsir edib. Ən pisi də odur ki, bu bahalaşma səhiyyə xidmətlərində, dərmanların qiymətində də müşahidə olunur. Bu bahalaşmanın əhalinin,o cümlədən də mənim sağlamlığıma ciddi təsiri olacaq. Büdcədən bəzi tələbatları ixtisar etməli olacağam. Hansını çıxarsam dolayısı ilə sağlamlığıma təsir edəcək”.

Nərgiz LİFTİYEVA

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar