Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

“Digər ölkələrin dərsliklərində erməni vəhşiliklərinin yer alması faydalı olardı”

Tarix: 15-04-2019 18:22     Baxış: 3176 A- / A+
“Digər ölkələrin dərsliklərində erməni vəhşiliklərinin yer alması faydalı olardı”

Cümşüd Nuriyev: “Bu istiqamətdə sistemli iş aparılmalıdır”

Cari ildən etibarən Suriyada orta məktəb dərsliklərində qondarma “erməni soyqırımı” ilə bağlı materiallar yer alacaq.

Maraqlıdır, Azərbaycan və Türkiyə də dünyanın digər ölkələrinin dərsliklərində ermənilər tərəfindən törədilən qətliamlarla bağlı məqalələrin yerləşdirilməsi istiqamətində iş aparmalıdırmı? Ermənilərin tarixi cinayətlərinin ifşası baxımından belə bir addımın atılması məqsədəuyğun olmazmı?

Manevr.az bildirir ki, moderator.az-a açıqlamasında məsələyə münasibət bildirən siyasi elmlər doktoru, politoloq Cümşüd Nuriyev Azərbaycanın bu məsələdə gecikdiyinə diqqət çəkib:

“Bu Bəşər Əsədin Türkiyə hakimiyyətinə nifrətindən doğan bir addımdır. B.Əsəd Türkiyə rəhbərliyinə nifrətini gizlədə bilmir və buna görə də belə bir addım atır.

Azərbaycanın məlum istiqamətində addım atmasına gəlincə, əslində ölkəmiz bu məsələdə çox gecikib.

Nə 1918-ci ilin mart soyqırımı, nə də digər soyqırımlarımızla bağlı geniş informasiyalar yoxdur. Məsələyə bu şəkildə yanaşmaq olmaz. Sanki ölkədə bu məsələdə daxili bir qadağa var. Hesab edirəm ki, bütövlükdə dərslik siyasətinə ciddi şəkildə yenidən baxılmalıdır.

Şübhəsiz ki, digər ölkələrin dərsliklərində xalqımıza qarşı törədilən erməni vəhşiliklərinin yer alması faydalı olar və bu istiqamətində sistemli iş görülməldir”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar