Sizin Reklam Burada
Xəbər lenti
15-04-2024
BÜTÜN XƏBƏRLƏR

Keçmiş nazirdən şagird intiharına REAKSİYA: “Dəqiqliklə araşdırılmalıdır”

Tarix: 12-04-2019 18:45     Baxış: 3247 A- / A+
Keçmiş nazirdən şagird intiharına REAKSİYA: “Dəqiqliklə araşdırılmalıdır”

“Bu hadisə ilə bağlı yalnız danışılan söz-söhbət əsasında nəticə çıxarmaq doğru olmaz”.

Manevr.az xəbər verir ki, bu fikirləri yenicag.az-a 162 saylı məktəbin şagirdi Elina Hacıyevanın intiharı və olay ətrafında baş verənlərə münasibət bildirən keçmiş ədliyyə naziri İlyas İsmayılov deyib.

162 saylı məktəbin şagirdi Elina Hacıyevanın intiharı ətrafında ictimai diskussiyalar ara vermir.

Elinanın özünə qəsd etməsinin səbəbləri və olaydan sonra məktəb rəhbərliyi ilə şagirdin çatdırıldığı xəstəxananın həkim personalının davranışlarına dair aşkara çıxan faktlar bu istiqamətdə müzakirələri daha da genişləndirir.

İctimai rəy şagirdin intiharının və ona vaxtında yardım göstərilməməsinin səbəbkarlarının ən sərt şəkildə cəzalandırılmasını tələb edir.

Hadisə haqqında fikirlərini lakonik formada açıqlayan İlyas İsmayılov faktın ciddiliyini nəzərə alaraq, onun hərtərəfli araşdırılmasının və təhqiqatın nəticələrini gözləməyin vacibliyini bildirib:

“Əvvəl ona diqqət etmək lazımdır ki, intihar hadisələrinin belə geniş təbliği doğru hal deyil. Məktəbli qızın intiharına gəldikdə isə hesab edirəm ki, hadisə dəqiqliklə araşdırılmalıdır. Yəni bu hadisə ilə bağlı yalnız danışılan söz-söhbət əsasında nəticə çıxarmaq doğru olmaz. Bu iş nəzarətə götürülübsə, qoy diqqətlə araşdırılsın və nəticə barəsində məlumat verilsin”.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar