Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Bakının palçıq vulkanları – Püskürəndə hər şeyi məhv edə bilir

Tarix: 12-04-2019 10:21     Baxış: 3213 A- / A+
Bakının palçıq vulkanları – Püskürəndə hər şeyi məhv edə bilir


Kraterdən ağır bərk süxurlar göyə atılır və xaotik ətrafa səpələnir “Bakı arxipelaqı nəinki ölkə miqyasında, o cümlədən dünya çapından baxanda da kifayət qədər maraqlı ərazidir. Burada, təxminən, 50-yə yaxın palçıq vulkanı var. Onların 80%-i aktivdir”. Bu barədə Sputnik Azərbaycan-a Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğunun direktoru Ceyhun Paşayev məlumat verib.
Təəssüflər olsun ki, palçıq vulkanları yadımıza ancaq növbəti güclü püskürmə olanda düşür. Amma bu ərazilər daima diqqət mərkəzində olmalı olan maraqlı yerlərdir.
©
Sputnik / Irade JELIL Palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğunun direktoru Ceyhun Paşayev
Ceyhun Paşayev qeyd edib ki, Bakı üzrə, ümumən 21 palçıq vulkanı Qoruğa daxil edilib: “Həmçinin 7 vulkan mənşəli ada palçıq vulkanı var və 6-sı qoruğa daxil edilib. Ümumiyyətlə, palçıq vulkanlarının bütün növlərinə, yəni aktiv, gömülmüş, ada, neftçıxaran, sönmüş və sualtı vulkanlara rast gəlinir”.

©
Sputnik / Irade JELIL “Dəlyəniz” vulkanı
C.Paşayev onu da deyib ki, Bakı ərazisində Keyrəkinin yaxınlığında və qoruğa daxil olmayan aktiv olmayan Böyükdağ və Kiçikdağ palçıq vulkanlarının yaxınlığında evlər salınıb: “Vulkan püskürəndə yerdə dərin çatlar yaranır və uzunluğu, bəzən 2-3 kilometr olur. Püskürən zaman kraterdən od sütunu çıxır ki, hündürlüyü 500 metrə qədər çatır. Kraterdən ağır bərk süxurlar göyə atılır və xaotik ətrafa səpələnir. Kraterdən xaric olan qatı palçıq kütləsi bəzən milyon kubmetr həcmlə asta sürətlə yayılır və fəsad törədə bilər” – deyə o əlavə edib.
Paşayevin sözlərinə görə, 2000-ci ildə Ceyranbatan gölünün üzərindəki Keçəldağ palçıq vulkanı püskürəndə ətəkdə olan bir neçə ev palçığın altında qalıb.

©
Sputnik / Irade JELIL Daşgil vulkanı
C.Paşayev bildirib ki, Azərbaycanda xüsusi mühafizə olunan təbiət ərazilərinin yeni bir növü – geoloji parklar yaradılır. Bununla bağlı “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Qanuna dəyişikliklər edilir: “Qanuna təklif edilən yeni əlavəyə əsasən, geoloji parklar xüsusi geoloji, coğrafi, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət obyektlərinin yerləşdiyi təbiəti mühafizə, maarifçilik, elmi, mədəni, turizm və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi müəssisə və ya təşkilat statusuna malik olan ərazilərdir”.

©
Sputnik / Murad Orujov Bu ərazilərdə gərək ehtiyatla gəzəsən – yer yumşaq olduğundan, hər an palçığa batmaq təhlükəsi var
Paşayev əlavə edib ki, geoloji parkların əraziləri respublika əhəmiyyətli xüsusi mühafizə olunan təbiət ərazilərinə aiddir: “Geoloji parklar müvafiq dövlət orqanının təqdimatı əsasında müvafiq icra hakimiyyəti orqanının qərarı ilə təşkil edilir. Eyni zamanda Naxçıvanda yerləşən bəzi abidələrin geoloji parka daxil edilməsi təklifləri də irəli sürüləcək”.
“Azərbaycanda geoloji parkların yaradılması təşəbbüsü ilə UNESKO-nun Qlobal Geoloji Parklar Şəbəkəsi çıxış edib. Qanuna dəyişiklik edildikdən sonra sıra geoloji parkların, o cümlədən “Qobustan palçıq vulkanları” geoloji parkının yaradılması nəzərdə tutulur” – deyə o vurğulayıb.
2019-04-10T22:10 xeber – /strong

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar