Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

Millət vəkilindən çağırış: Makrona yazın!

Tarix: 12-04-2019 07:13     Baxış: 3216 A- / A+
Fransa Prezidenti Emmanuel Makronun 24 apreli qondarma erməni soyqırımı "qurbanlarının" xatirə günü elan etməsini qınayırıq.
Millət vəkilindən çağırış: Makrona yazın!

Manevr.az xəbər verir ki, bu sözləri millət vəkili Qənirə Paşayeva deyib. O, sosial şəbəkə istifadəçilərini bu məsələdə fəal olmağa çağırıb:

"Gənclərimiz, fəallarımızın bu qərara etirazlarını Makronun sosial media hesablarına fransız və ingilis dillərində göndərməsi və paylaşması lazımdır. Bu çox ciddi məsələdir və fəal olmaq vacibdir".

Paşayeva Fransanın bir daha Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı ATƏT-in Minsk Qrupunun həmsədri kimi neytrallığına kölgə saldığını bildirib:

"Qondarma soyqırım haqda qərar qəbul edib, heç zaman Xocalı ilə bağlı danışmayan Fransa prezidenti Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli bir mövqe göstərə bilməz".

Millət vəkili deyib ki, özəlliklə sosial mediada çox təcrübəli olan insanlarımız etirazımızı sosial media üzərindən Fransa rəhbərliyinə çatdırma məsələsində effektli yolları sosial şəbəkələr üzərindən gənclərlə bölüşsünlər:

"Qardaş Türkiyə və türk dünyası gəncliyini, Fransada yaşayan türk kökənli insanları da etiraz səslərini sosial şəbəkələrdən Fransa rəhbərliyi və ictimaiyyətinə çatdırmaqda fəal olmağa çağırırıq. Hər kəs bu qərarı millət olaraq nə qədər qınadığımızı, etiraz etdiyimizi və gerçəkləri daim yaymaqda israrlı olduğumuzu və olacağımızı görməlidir".


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar