Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

Çingiz Abdullayev: "Gənc yazıçılar sədr vəzifəsinə seçilə bilməzlər"

Tarix: 11-04-2019 19:54     Baxış: 3235 A- / A+
Çingiz Abdullayev: "Gənc yazıçılar sədr vəzifəsinə seçilə bilməzlər"

Azərbaycan Yazıçılar Birliyinin (AYB) növbəti qurultayı 2020-ci ilin mart ayında keçiriləcək.

Manevr.az xəbər verir ki, bunu report-a müsahibəsində AYB-nin katibi, xalq yazıçısı Çingiz Abdullayev deyib.
Ç.Abdullayev qurultayda sədrliyə namizədliyini irəli sürməyi düşünmədiyini desə də, bununla bağlı qabaqcadan proqnoz verməyin düzgün olmadığını əlavə edib: “Ümumiyyətlə, yazıçılar öncədən proqnoz verə bilməz. Kim seçiləcəksə, o, sədr təyin olunacaq. Mən 4 dəfə qurultayda katib vəzifəsinə seçilmişəm. Hesab edirəm ki, sədr vəzifəsini Anardan başqa heç kim yaxşı icra edə bilməz. Bunu Anarla 30 il birlikdə çalışan bir şəxs kimi deyirəm. Əgər Anar namizədliyini irəli sürərsə, mən yenə də ona səs verəcəm”.
Ç.Abdullayev AYB-yə sədr seçilmək iddiasında olan gənc yazıçıların istedadlarını sübut etmək üçün yaradıcılıq nümunələrini, kitablarını ortaya qoymaqlarının zəruri olduğunu vurğulayıb: “Azərbaycanda AYB-yə sədrlik edən şəxslər nüfuzlu olublar. Hər yoldan ötən sədr vəzifəsinə seçilə bilməz. Əgər bir gənc, həqiqətən də, nüfuzlu və istedadlıdırsa, kitablarını ortaya qoysun. AYB-yə həmişə əfsanəvi şəxslər sədrlik edib. Səməd Vurğun, Mirzə İbrahimov, Rəsul Rza, İmran Qasımov, İsmayıl Şıxlı kimi istedadlı yazıçılar sədr seçiliblər. Təbii ki, gənc yazıçılar arasında kimlərisə vəzifəyə qoymaq olar, amma onlar, yenə deyirəm ki, sədr vəzifəsinə seçilə bilməzlər”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar