Sizin Reklam Burada
Xəbər lenti
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

İlqar Məmmədovun pasport qalmaqalı – partiyadan açıqlama

Tarix: 10-04-2019 21:30     Baxış: 3307 A- / A+
İlqar Məmmədovun pasport qalmaqalı – partiyadan açıqlama

Füzuli Dehqani: “Hazırkı halda köhnə pasport yoxdur, yenisini isə təqdim etməyiblər”

REAL Partiyasının sədri İlqar Məmmədov açıqlama verərək bəyan edib ki, Strasburqda Avropa Şurasının dinləmələrində iştirak edə bilməyib. Buna səbəb kimi isə o, hökumətin ona pasport vermədiyini göstərib.

DİN-in yaydığı sənədə görə isə Məmmədov İlqar Eldar oğlunun ümumvətəndaşlıq pasportu var və bu sənəd 2019-cu ilin avqustuna qədər qüvvədədir.

Bununla bağlı həmin sənədə dair rəsmi arayış da yayıldı.

Bəs əgər belədirsə, İlqar Məmmədov nə üçün yalan danışıb?

Məsələ ilə bağlı “Yeni Müsavat”a danışan İlqar Məmmədovun köməkçisi Füzuli Dehqani bildirib ki, əslində İlqar Məmmədovun pasportunun vaxtı doğrudan da avqust ayında bitir: “Avropa ölkələrinə giriş pasportun vaxtının bitməsinə 6 ay qalmış dayandırılır. Əgər sizin pasportunuzun istifadə müddətinə 6 aydan az vaxt qalıbsa, Şengen zonasına daxil ola bilmirsiniz. İlqar Məmmədovun da pasportunun vaxtı 4 ay sonra bitir. Bu səbəbdən də onun Avropaya daxil olmasına icazə verilmir. İlqar Məmmədov yeni pasport üçün “ASAN Xidmət”ə müraciət etmişdi. Lakin hələ ki, onun yeni pasportu verilməyib. “ASAN Xidmət”ə müraciət edən zaman 5 günlük paketi seçib, ödənişini etmişdi. Yəni pasport 5 gündən sonra verilməli idi. Lakin bildirildi ki, məhkəmə qərarı onlara çatdırılmayıb. Buna görə də yeni pasport hələ də verilməyib. Köhnə pasportu isə “ASAN Xidmət”ə təqdim etmişik. Prosedur qaydasına görə yeni pasport üçün müraciət edilən zaman köhnə pasportu alıb, cırırlar. Hazırkı halda köhnə pasport yoxdur, yenisini isə təqdim etməyiblər. Vəziyyət bundan ibarətdir”.
İlqar Məmmədovun pasport qalmaqalı – partiyadan açıqlama



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar