Sizin Reklam Burada
Xəbər lenti
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

Əhmədov göstəriş verdi: Bu şəxslər evlə təmir olunsun!

Tarix: 10-04-2019 15:55     Baxış: 2173 A- / A+
Əhmədov göstəriş verdi: Bu şəxslər evlə təmir olunsun!


Baş nazirin müavini Əli Əhmədov yanğın baş verən əraziyə - məcburi köçkünlərin məskunlaşdığı Bakının Nizami rayonu, Babək prospektində Azərsutikinti Xəstəxanasının korpusunun qarşısına gəlib.

Report xəbər verir ki, o, yanğın baş verən binanın içərisinə baxış keçirib.

***

Baş nazirin müavini Əli Əhmədov Azərsutikinti Xəstəxanasında məskunlaşan məcburi köçkünlərin müvəqqəti olaraq evlərlə təmin olunması üçün göstəriş verib.

Baş nazirin müavini bununla bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədrinə və Nizami Rayon İcra Hakimiyyətinin başçısına tapşırıq verib.

Qeyd edilib ki, yanğından zərər çəkən 23 məcburi köçkün ailəsi müvəqqəti evlərlə təmin olunacaq.

Dövlət Komitəsinin sədri Rövşən Rzayev isə deyib ki, bu gün axşama kimi zərərçəkənlər kirayə evlərlə təmin olunacaqlar: "Bununla bağlı komissiya yaradılıb".

O bildirib ki, bu gün kirayə evlərə köçürüləcək 23 ailə Qobu qəsəbəsində inşa olunan evlərlə təmin ediləcək: "Onlar iyun ayına Qobu qəsəbəsindəki evlərə köçürüləcək".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar