Sizin Reklam Burada
Xəbər lenti
23-04-2024
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

Deputatlardan SOS: Məktəblərdə nələr dəyişməlidir?

Tarix: 10-04-2019 15:34     Baxış: 2186 A- / A+
Deputatlardan SOS: Məktəblərdə nələr dəyişməlidir?


Bu, kifayət qədər ciddi bir problemdir və onun həlli istiqamətində cəmiyyətin bütün üzvləri əlindən gələni etməlidir.

Bu sözləri 162 saylı məktəbin 8-ci sinif şagirdi Elina Hacıyevanın intihar hadisəsi ilə bağlı danışan Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Fazil Mustafa deyib.

“Bu, zəncirvari yayılacaq bir psixoloji durumdur. Buna görə də məktəb-valideyn əlaqələrinin yenidən gündəmə gətirilməsinə ehtiyac var. Həlqələr əsasən bu nöqtədə zəifləyib, nə məktəbin evdən, nə də evin məktəbdən xəbəri var. Məktəb-valideyn əlaqələri bərpa olunsa, bu kimi mənfi tendensiyaların da qarşısı alınar”, - deputat bildirib.

Millət vəkili bu kimi məsələlərə hər zaman müdaxilə etdiyini deyib:

“Baş vermiş son olayı diqqətdə saxlayırıq və məsələ ciddi nəzarətimizdədir”.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri Komitəsinin üzvü Dilarə Cəbrayılova da qeyd edib ki, bu cür halların baş verməsində məktəb rəhbərliyi də məsuliyyət daşıyır:

“Yaxşı müəllim şagirdinin halını hər zaman başa düşməlidir. Məktəblərdə savadlı psixoloqlara ehtiyac var. Elə psixoloqlar var ki, ümumiyyətlə, uşaqla danışmaq qabiliyyəti belə yoxdur. Ona görə də hesab edirəm ki, psixoloqlar da müəllimlər kimi imtahanla məktəblərdə işə götürülməlidir”.

Deputat üzvü olduğu komitənin baş vermiş hadisəni ciddi şəkildə diqqətdə saxladığını deyib:

“Hazırda istintaq gedir, araşdırmalar aparılır. Araşdırmaların nəticəsindən çox şey asılı olacaq. Təfərrüat tam aydınlaşandan sonra qəti mövqeyimizi bildirəcəyik”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar