Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Piyadalar əleyhinə minalarından azad Cənubi Qafqaz” kampaniyası çərçivəsində tədbir keçirilib - ŞƏKİLLƏR

Tarix: 09-04-2019 22:50     Baxış: 3229 A- / A+
“Piyadalar əleyhinə minalarından azad Cənubi Qafqaz” kampaniyası çərçivəsində tədbir keçirilib


Bakı şəhərində aprelin 8-də “Piyadalar əleyhinə minalardan Azad Cənubi Qafqaz” kampaniyası çərçivəsində dəyirmi masa keçirilib. Kampaniya 4-10 aprel tarixlərindən başlayaraq Cənubi Qafqaz regionunda silsilə tədbirlər təşkil etməklə davam edir.

"Cənubi Qafqazda minalar və partlamamış sursat problemlərinin aradan qaldırılmasında kontekstual çağırışlar" adlanan tədbir Qafqaz Siyasi Analiz Mərkəzinin (CPAC) və LINKS-in (DAR) təşkilatçılığı ilə keçirilib. Tədbirdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı cari proseslər, inam yaratma addımları və bu addımlardan biri kimi minalarla mübarizə müzakirə edilib.

"Park Inn" hotelində baş tutan tədbirdə rəsmi qurumların, parlamentin, diplomatik nümayəndəliklərin, beynəlxalq təşkilatların, yerli və xarici vətəndaş cəmiyyəti institutlarının nümayəndələri və media təmsilçiləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Qafqaz Siyasi Analiz Mərkəzinin direktoru Əhməd Əlili görüşün keçirilməsinin məqsədləri, Dağlıq Qarabağ münaqişəsinin cari durumu ilə bağlı məlumat verib və ictimai müzakirələri açıq elan edib. Tədbirdə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri cənab Kestutis Jankauskas salamlama nitqi ilə çıxış edib. Daha sonra, LINKS (DAR) təşkilatının rəhbəri Dennis Sammut Cənubi Qafqaz münaqişələrinin həllində inamyaratma tədbirləri və minalarla mübarizə kampaniyası haqqında məlumat verib.

Tədbirin növbəti hissəsində Azərbaycan Milli Məclisinin təmsilçiləri, diplomatik nümayəndəliklər və yerli vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri fikirlərini bildiriblər. Əsas müzakirə məsələsi Dağlıq Qarabağ münaqişəsinin mövcud durumuna dair olub.

Tədbir Aİ-nin regiondakı gələcək fəaliyyətinin təşkili, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin diplomatik yolla həlli istiqamətində fəaliyyətinin müzakirəsi ilə davam etdirilib.

Manevr.az


“Piyadalar əleyhinə minalarından azad Cənubi Qafqaz” kampaniyası çərçivəsində tədbir keçirilib
“Piyadalar əleyhinə minalarından azad Cənubi Qafqaz” kampaniyası çərçivəsində tədbir keçirilib

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar