Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Qudrət Həsənquliyev hökumətə səsləndi: "23 milyon oğurlamış şəxslərin haqqında hansı tədbir görülüb?"

Tarix: 09-04-2019 17:38     Baxış: 3204 A- / A+
Qudrət Həsənquliyev hökumətə səsləndi: "23 milyon oğurlamış şəxslərin haqqında hansı tədbir görülüb?"

"Biz sadəcə Hesablama Palatasının fəaliyyətinə qiymət verməli deyilik. Həmçinin, Hesablama Palatasının hesabatında göstərilən nöqsanların aradan qaldırılması üçün ali qanunverici orqan olaraq hərəkətə keçməliyik. Çalışmalıyıq ki, öz üzərimizə düşən vəzifələri yerinə yetirək və Hesablama Palatasına dəstək olaq”.

Manevr.az xəbər verir ki, bunu deputat Qüdrət Həsənquliyev Milli Məclisdə, Hesablama Palatasının illik hesabatının müzakirəsi zamanı deyib.

O qeyd edib ki, parlament bu istiqamətdə hökumətlə əməkdaşlıq etməlidir: "Hökumətdən də soruşaq ki, məsələn, niyə Hesablama Palatasının təqdim etdiyi 21 təklifdən 13-ü nəzərə alınıb, 4-ü nəzərə alınmayıb, 4-nə isə baxılmayıb? Biz bu məsələlərdə Palataya dəstək verməliyik.

Palatanın hesabatında cinayət faktları əksini tapıb. Büdcədən 23 milyon oğurlamış şəxslərin haqqında hansı tədbir görülüb? Bu gün "oğurlayım, üstü açılsa, sonra qaytarıb yerinə qoyaram” yanaşması var. Hesab edirəm ki, təkcə Hesablama Palatasının bu faktları müvafiq qurumlara göndərməsi ilə kifayətlənməli deyilik. Biz də öz adımızdan həmin materialları Baş Prokurorluğa göndərə bilərik ki, tədbirlər görülsün”.



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar