Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Şagirdin intihar etdiyi məktəbin DİREKTORU İŞDƏN QOVULDU

Tarix: 08-04-2019 18:40     Baxış: 3187 A- / A+
Şagirdin intihar etdiyi məktəbin DİREKTORU İŞDƏN QOVULDU

Bakı şəhəri 162 nömrəli tam orta məktəbdə baş vermiş hadisə ilə bağlı açılmış cinayət işi üzrə istintaq və Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən aparılan xidməti araşdırma ilə əlaqədar yaranmış zərurəti nəzərə alaraq, hər iki istiqamət üzrə araşdırmanın tam obyektivliyini təmin etmək məqsədilə Təhsil nazirinin 8 aprel 2019-cu il tarixli, K-388 saylı əmri ilə məktəbin direktoru Abbasova Sevinc Kamil qızı araşdırma müddətində işdən kənarlaşdırılıb.
Nazirliyin mətbuat xidmətindən trend-ə verilən məlumata görə, məktəbin direktoru vəzifəsinin müvəqqəti icrası Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Ümumi təhsil sektorunun aparıcı məsləhətçisi İsgəndərov Əfqan Kərəm oğluna həvalə edilib.

Xatırladaq ki, Bakı Şəhər Prokurorluğu və Bakı Şəhəri üzrə Təhsil İdarəsi məktəbdə baş vermiş hadisə ilə bağlı yaydığı birgə məlumatda qeyd olunduğu kimi Bakı Şəhər Prokurorluğunda müvafiq istintaq tədbirləri həyata keçirilir.

Aparılan istintaq tədbirləri nəticəsində hadisənin baş vermə səbəbləri tam aydınlaşdırılacaq və bununla bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar