Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Xiyar”dan qorxan alimlərimiz: yeni adlar gətirilir?

Tarix: 06-04-2019 10:40     Baxış: 3237 A- / A+
“Xiyar”dan qorxan alimlərimiz: yeni adlar gətirilir?

Bu adları quşlara xüsusiyyətinə, mənşəyinə, xarakterinə görə xalq qoyub. Bu adların alimlər tərəfindən dəyişdirilməsi mümkün deyil.
Manevr.az bildirir ki, bu sözləri Azərbaycan Dil Qurumunun başqanı, xalq şairi Sabir Rüstəmxanlı kult.az-a açıqlamasında deyib.

Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya İnstitutunun elmi şurasında müzakirəyə çıxarılmış 20 quş növünün adının dəyişdirilməsinə münasibət bildirən ADQ başqanı vurğulayıb ki, dil və dilçiliklə bağlı xeyli problemin olduğu ərəfədə AMEA-nın alimləri belə işlərlə məşğul olmamalıdır:

“Çox istisna hallarda hansısa quşun adını dəyişdirmək olar. Ad başqa dildədirsə, alınmadırsa, dildə müəyyən problem yaradırsa, bu zaman dəyişdirilməsi normaldır. Təkcə bu hallarda ad dəyişdirilə bilər. Yoxsa “maygülü” adı yaxşı səslənmir deyə, onu dəyişib “batağan” etmək olmaz”.

Mütəxəssislər bildirirlər ki, bəzi sözlərin dəyişdirilməsinə səbəb onların jarqona çevrilməsidir. Tutaq ki, “maygülü” hansısa məqamda təhqir və ya aşağılama mənasında deyilibsə, alimlər onu dildən çıxarmağa çalışırlar. Əslində isə bu sözün qorunmasına həssas yanaşmalıdırlar.

Məsələ ilə bağlı danışan yazıçı, filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiq bildirib ki, AMEA belə dəyişiliklərlə bağlı aydın və izahlı açıqlama verməlidir:

“Yəni dəyişiklik edilsə, bunu əsaslandırmaq lazımdır. AMEA bu məsələləri adətən müzakirəyə çıxarır. Belə məqamlarda da müzakirəyə çıxarılmasının tərəfdarıyam. Nəzərə almaq lazımdır ki, ədəbi dilin öz prinsip və normaları var. Əgər bir quşa və ya hansısa heyvana qoyulmuş ad ədəbi dilin normalarına uyğun deyilsə, dəyişdirilməsi normaldır.

Mən Dilçilik İnstitutunun operativ olmasının tərəfdarıyam. Texnika əsridir və gündə yeni söz çıxır. Bu sözlərə operativ reaksiya verilməlidir. Ancaq bu quşlara ad qoyulması işlərini bekarçılıqdan görürlərsə, qınanılmalıdır”.

Sözlərin təhqir və aşağılama anlamında işlədilməsi adətən küçə mühitindən başlayır. Təəssüf ki, “xiyar”, “qatıq” və s. kimi sözlər zaman-zaman jarqonlaşdırılıb, neqativ anlamlarda işlədilib və bu gün belə sözlərə qarşı bəzi şəxslərdə bir qorxu, xof formalaşıb. Lakin heç bir halda Azərbaycan dilini küçə mühitinin formalaşdırdığı qaydalara uyğun tənzimləmək olmaz.

Bu sözlər xalqın beyninin və dilinin süzgəcindən keçərək, yaddaşına hopub. Məhz buna görə əksər alimlər və ziyalılar müzakirəyə çıxarılan dəyişikliklərin qəbuledilməz olduğunu bildirirlər.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar