Sizin Reklam Burada
Xəbər lenti
29-03-2024
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

Dəyişdirilən quş adlarını Qara Mustafayev qoyubmuş - Mərhum professor günahlandırıldı

Tarix: 05-04-2019 21:25     Baxış: 3345 A- / A+
Dəyişdirilən quş adlarını Qara Mustafayev qoyubmuş - Mərhum professor günahlandırıldı

Azərbaycan Milli Elmlər Akademiyasının iclasında müzakirəyə çıxarılmış 20 quş növünün adı ornitoloqlar tərəfindən dəyişdirilib. Bu siyahıda olan əvvəlki adı ilə maygülü, böyük qartalça, ördəktutan qızılquş, qəşəng durna kimi quşların yeni adları sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Manevr.az xəbər verir ki, modern.az bu kimi quş növlərinin adlarının dəyişdirilməsinin səbəblərini öyrənmək məqsədilə Azərbaycan Ornitoloji Cəmiyyətinə müraciət edib. Cəmiyyətin sədri Elçin Sultanov açıqlamasında həmin quş adlarının dəyişdirilməsini AMEA ilə birlikdə həyata keçirdiklərini diqqətə çatdırıb:
“AMEA bu addımı özbaşına atmayıb. Azərbaycanda 400-dən artıq quş növü var. Onların əksəriyyətinin el arasında adı yoxdur. Məsələn, bütün sərçəkimi quşlara el arasında ya sərçə, ya da bülbül deyirlər. Halbuki, sərçəkimilər növünə aid olan 200-dən çox quş var. Quşlara elmi adların qoyulması, insanlar arasında bu adların yayılması məsələsi hələ Sovet dövründən var. 1941-ci ildə bizim ilk ornitoloqumuz Kamal Qənbərov “Azərbaycanın sərçəkimiləri kataloqu”nu yazmışdı. Kataloq rusca olsa da, sərçəkimi quşların, o vaxt 147 növ idi, hamısının azərbaycanca adı verilmişdi.
AMEA 1977-ci ildə “Azərbaycan faunası” adlı böyük kitab hazırladı. O kitabda həmin vaxt mövcud olan 358 quş növünün adı verilib. Bunu həmin dövrdə çalışan ornitoloqlar - D.Tuayev, A.Xanməmmədov, Q.Mustafayev, K. Qəmbərov hazırlamışdı.

Təxmini 10-15 il əvvəl bizim tanınmış professor Qara Mustafayev bu adları rədd etdi, özbaşına quşların yeni adlarını icad etdi. Bir çox növün təxmini yarısının adını dəyişdirdi, öz dərsliklərinə əlavə etdi. O, tələbələri, müəllifləri məcbur ediridi ki, bu adları istifadə etsinlər. Hətta televiziyalarda da həmin adların səslənməsinə səy göstərirdi. Quş adlarının bəziləri elə eybəcər səslənirdi ki, adlar süni idi, 2-3 sözün birləşməsindən yaradılmışdı. Dəmircaynaq, susüpürən, maygülü kimi alar qoymuşdu. Amma bu adlar həm xalq, həm də alimlər içərisində birmənalı qarşılanmamışdı. Çünki bu kimi məsələlərdə adətən tək qərar verilmir, ornitoloqlar bir yerə yığışıb qərar verirlər”.
Dəyişdirilən quş adlarını Qara Mustafayev qoyubmuş - Mərhum professor günahlandırıldı

Elçin Sultanov deyib ki, təxminən 2 il əvvəl AMEA Zoologiya İnstitutu Azərbaycan Ornitoloji Cəmiyyətə müraciət edib ki, adlar məsələsinə yenidən baxılsın:
“Ona görə, ornitoloqlar, professionallar yığıldıq, adları hazırlayıb AMEA-ya siyahı verdik. 2 il AMEA-da müzakirədən sonra dəqiqləşdirildi və quşların adları dəyişdirildi. Məsələn, maygülü quşunun adının dəyişdirilməsini tənqid edirlər. Amma maygülü dedikdə, Azərbaycanın bəi rayonlarında insanlar gülməyə başlayırlar. Ona görə, maygülü və digər quşların adlarının dəyişdirilməsi zərurətdən yaranmışdı”.

Azərbaycan Milli Elmlər Akademiyasının iclasında müzakirəyə çıxarılmış 20 quş növünün adı oriontoloqlar tərəfindən dəyişdirilib. Siyahı aşağıdakı kimidir:

Köhnə adlar
______ Yeni adlar
Maygülü ______ batağan
Böyük qartalca, çığırğan qartalca _______ Böyük xallı qartal
Ördəktutan qızılquş, ördəktutan ______ sərçəçalan
Qəşəng durna ______ Telli durna
Cek, gözəl cek _______ gözəl dovdaq
Trinqa _______ otluq cüllütü
Bekas _______ meşə cüllütü
Sterna _______ Sümrü
Adi sitta _______ adi fitçi
Qırmızıqanad tixodrom _______ qırmızqanad qaya quşu
Kölgəlik yarpaqgüdəni _______ Sin-sin yarpaqgüdəni
İlanboyun _______ adi buruqboyun
Alacəhrə _______ alaçöhrə
Toğlugötürən _______ saqqallı kərkəs
Leşyeyən qartal _______ leşyeyən ağkərkəs
Sultan toyuğu _______ Sultan quşu
Torağay _______ turağay
Sarıdimdik qarğa _______ Sarıdimdik dolaşa
Tuvik _______ Tüviy
Anqut _______ qırmızı ördək


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar