Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

"Maygülü"ünün adı dəyişdirilib? - Dilçilik İnstitutuna CAVAB

Tarix: 05-04-2019 18:45     Baxış: 3203 A- / A+
"Maygülü"ünün adı dəyişdirilib? - Dilçilik İnstitutuna CAVAB

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Zoologiya İnstitutu bəzi quşların adının dəyişdirilməsinin Dilçilik İnstitutunun rəhbərliyi tərəfindən təxribat adlandırılmasına münasibət bildirib.
Manevr.az xəbər verir ki. İnstitutun direktoru Elman Yusifov “Report”a açıqlamasında deyib ki, heç bir quş növünün adı hələ rəsmi şəkildə dəyişdirilməyib.

Onun sözlərinə görə, bu məsələ mövcud prosedur qaydaları əsasında həll olunur: “Biz, sadəcə, təkliflər vermişik”.

“İnanmıram ki, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu məsələnin təxribat olması ilə bağlı fikir bildirsin. Ola bilsin ki, məsələ barədə məlumatlı deyil və ona görə də belə danışıb”, - institut direktoru bildirib.

E.Yusifov vurğulayıb ki, məsələ ilə bağlı müzakirələr davam edir: “İşlər yekunlaşdıqdan sonra təkliflər aidiyyəti institutlara göndəriləcək. Sadəcə, bir növ quşun bir neçə adı var və hər mütəxəssis də öz fikrini müdafiə edir. Ona görə də mübahisəli olan bütün adlarla bağlı məsələni həll etmək üçün komissiya yaradılıb. Prosedur qaydalarına görə alimlər təkliflər irəli sürəcək, daha sonra təkliflər bölmədə yaradılan komissiyaya göndəriləcək, ardınca yekun qərar Nazirlər Kabineti yanında Terminologiya Komissiyasına gedəcək. Odur ki, bunu təzə problem kimi qəbul etmək düzgün deyil”.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar