Sizin Reklam Burada
Xəbər lenti
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

Zurabişvili İrəvanı Azərbaycan torpaqlarının işğalında ittiham etdi

Tarix: 15-03-2019 07:20     Baxış: 3190 A- / A+
Zurabişvili İrəvanı Azərbaycan torpaqlarının işğalında ittiham etdi

Ermənistanda səfərdə olan Gürcüstanın yeni seçilmiş prezidenti Salome Zurabişvilinin ona ünvanlanan "Bakıda “Gürcüstan və Azərbaycan ərazilərinin işğalı” dedikdə nəyi nəzərdə tuturdunuz" sualına cavabı erməniləri məyus edib.

Manevr.az xəbər verir ki, “Kommersant” qəzetinin yazdığına görə, Salome Zurabişvilinin İrəvanda Ermənistan prezidenti Armen Sarkisyan və baş nazir Nikol Paşinyanla görüşündə onun Bakıda səsləndirdiyi bəyanatla bağlı erməni tərəfi narahatlıqlarını ifadə ediblər.

Gürcüstan prezidenti nəinki dediklərini təkzib edib və ya sualları cavabsız qoyub, hətta Ermənistana qarşı yeni ittihamlar irəli sürüb.

Salome Zurabişvili qeyd edib: "Ermənistan tərəfindən Gürcüstanın ərazi bütövlüyünün sözdə deyil, əməldə tanınması çox vacibdir. Dağlıq Qarabağın nümayəndə heyətlərinin Abxaziyaya və Cənubi Osetiyaya səfərlərinin təşkilatçıları nümayiş etdirirlər ki, bu münaqişələr simmetrikdir. Bu, çox təəssüf doğurur və ağrılıdır. Biz hesab edirik ki, burada (Ermənistanda – “Kommersant”) ölkəmizə münasibətdə olmalı olduğu qədər xoş niyyət yoxdur”.

Qeyd edək ki, fevralın 27-də Bakıya səfər edən xanım Zurabişvili Azərbaycan və Gürcüstan ərazilərinin işğalı mövzusuna toxunub.

“Biz, demək olar ki, eyni vaxtda ölkələrimizin müstəqilliyini bərpa etdik və eyni faciələri yaşadıq. İşğal xətləri bizim üçün də sağalmaz yaradır”, deyə Zurabişvili Bakıda bildirib.teleqraf.com


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar