Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

“Rusiyaya söz deməyə gücümüz yetərli deyil” – Fazil Mustafa

Tarix: 13-03-2019 12:25     Baxış: 4222 A- / A+
“Rusiyaya söz deməyə gücümüz yetərli deyil”


"Rusiya Azərbaycanla zaxarovasayağı zarafatlaşıb. Çünki bu ermənilərin hansı üzlə Azərbaycana gələcəyi hələ xeyli suallar doğurur”.

Bu sözləri deputat Fazil Mustafa özünün feysbuk səhifəsində yazıb. O, Rusiya Xarici İşlər Nazirliyinin Rusiya vətəndaşlarına Azərbaycana getməməklə bağlı xəbərdarlığına münasibət bildirib.

Deputat deyib ki, Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat verə bilməz ki, Rusiyaya getməyin, orada da sizin başınıza iş gələr:
"Çünki bu cür bəyanat qətiyyən ciddi qarşılanmaz. O zaman burada insanlarımızın sosial vəziyyəti daha da acınacaqlı olar. Bölgələrdə onminlərlə insan Rusiyadan yaxınlarının göndərdiyi vəsaitlə ayaqda güclə dura bilir. Yəni bu sözləri deyə bilmək üçün Azərbaycan vətəndaşına məhz Azərbaycanda işləyib qazanmaq imkanı yaratmalıyıq ki, mühacirətə axın etməsinlər, qabiliyyət və enerjilərini öz ölkələrində gerçəkləşdirə bilsinlər. Əlbəttə, daha yüksək rifah arzulayanların mühacirəti qaçınılmazdır, bir çox hallarda hətta faydalıdır. Lakin günlük çörək üçün Rusiyanın, Türkiyənin, Birləşmiş Ərəb Əmirliklərinin, Avropanın qapılarında ayaq döymək kimsə üçün arzulanan durum sayıla bilməz”.

F.Mustafanın sözlərinə görə, Azərbaycan Rusiyanın bu addımına başqa cür cavab verə bilər:
"Uzaqbaşı, biz də belə bir bəyanat verə bilərik ki, Azərbaycan vətəndaşları da çalışıb övladlarını rus bölmələrinə kütləvi şəkildə göndərməsinlər, ana dillində təhsil almağa daha çox diqqət yetirsinlər. Rus dilini də ingilis dilini də mütləq öyrənməliyik. Bunun məktəbdənkənar variantlarına üstünlük verməliyik. Unutmayaq ki, ana dilində təfəkkürün formalaşması olduqca önəmlidir. Biz uşağı tərcüməçi kimi deyil, düşünən insan kimi yetişdirməliyik. Ana dilində uşaqların təfəkkürü daha asan formalaşa bilir. Yəni Rusiyaya söz deməyə gücümüz yetərli deyil, heç olmasa, öz-özümüzə gərəkli olan sözü anladığımız dildə deməyə cəsarət edək”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar