Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Villası görüntülənən Tahir Süleymanov: "Elza Seyidcahandan şübhələnirəm..."

Tarix: 12-08-2016 17:27     Baxış: 3474 A- / A+
Villası görüntülənən Tahir Süleymanov:

Millət vəkili Tahir Süleymanov Şabranda dəbdəbəli villasının görüntülərinin yayılamsına və həmin evin yaxınlığındakı məsciddə azan verilməsinin qadağan etməsi barədə yayılan məlumatlara münasibət bildirib.

Deputat Publika.az-a açıqlamasında deyib ki, azan səsini qadağan etməsi barədə səslənən iddialar tam yalandır: “Məni tanıyanlar bilir ki, mən dini inanclı ağsaqqal adamam, 70-ə yaxın yaşım var. Hər birimiz azərbaycanlıyıq, müsəlmanıq. Heç elə müsəlman ola bilərmi ki, azanı xoşlamasın? Damarından müsəlman qanı axan hər bir insan, o cümlədən mən azanı sevirik. Buna heç kəsin şübhəsi olmasın. Mən və ailəm, övladlarım inanclı insanlardır. Övladlarım namaz qılırlar, oğlum Həcc ziyarətində olub. Biz rayonda, məsciddə və digər yerlərdə xeyriyyə işləri görürük. İndi necə ola bilər ki, mən azanı xoşlamayım? Bunu kim uydurursa, Allah özü onun cəzasını verəcək”.

T.Süleymanov qeyd edib ki, sözügedən videonu çəkən Mehman Hüseynov Şabrana məqsədli şəkildə gedib: “Mən rayonda yox idim, dedilər ki, bir nəfər gəlib evi çəkir. İndi mən nə bilim ki, bu adam nə məqsədlə bura gəlib. Evimin videosunu çəkir. Mən 60 ildir ki, işləyirəm. İndi mənim rayonda bir evim olmamalıdır? Əslən Şabrandanam, ancaq hazırda şəhərdə yaşayıram. Həmin ev bizim ata yurdumuzdur. Sadəcə olaraq o ev sonradan təmir olunub. Mənim cəmi 2 evim var, biri Şabranda olan həmin evdir. Digər isə Bakıda yaşadığım evdir. Şabrandakı həmin evdə hazırda oğlum yaşayır. Bizim rayonda o cür evlərin sayı kifayət qədərdir. İstər Qubada, istər Xaçmazda, istərsə də Şabranda o cür evlər minlərlədir. İndiki zamanda hər kəsin özünə ən azı bir ev almaq imkanı var. Evi olmaq nə zamandan eyib sayılır? Hər kəsin yaşamaq üçün bir evi olmalıdır da. İnsan nə qədər paxıl və ya kinli olmalıdır ki, məni tanımaya-tanımaya evimin videosunu çəkməlidir. Axı mənim onunla nə qəsdi-qərəzliyim var? Mən o adamı anlaya bilmirəm. Allahdan arzum odur ki, hər kəsin ürəyi istəyən evi olsun. Elə videonu çəkən Mehman Hüseynova da ürəyi istəyən evin qismət olmasını Allahdan arzu edirəm”.

T.Süleymanov evinin videosunun yayılmasında Milli Məclisə seçkilərdə keçmiş rəqibi olan müğənni Elza Seyidcahandan şübhələndiyini də söyləyib: “Bilirsiniz, mən səbirli adamam, araşdırma aparıb, sonra fikir bildirmək istəyirəm. Onunla bağlı (müğənni Elza Seyidcahanı nəzərdə tutur – red.) şübhələrim var. Bunu o, da edə bilər. Ancaq dəqiq bilmədiyim üçün imansızlıq etmək istəmirəm. Hələlik bununla bağlı araşdırma aparıram. Hər şeyi zaman göstərəcək”.

Əməkdar artist Elza Seyidcahan teleqraf.com-un əməkdaşının məsələ ilə bağlı suallarını cavablandırmaqdan çəkilişdə olması bəhanəsi ilə yayınıb, sonra isə müğənninin telefonuna zəng çatmayıb

Xatırladaq ki, tanınmış blogger Mehman Hüseynov Şabranın deputatı Tahir Süleymanovun bu rayonda yerləşən dəbdəbəli villasını lentə alaraq “Sancaq” adlı “facebook” səhifəsində paylaşıb.

Mehman Hüseynov videoda villanın necə tikilməsi barədə də danışaraq, bildirib ki, deputatın villasının yerində kasıb bir ailənin evi varmış: “Lakin rayon rəhbərliyi həmin ailəyə deyib ki, yaxınlıqda məscid olduğuna görə ev sökülməlidir. Bildiriblər ki, məscidin yanında ev tikilə bilməz. Ev söküləndən sonra Tahir Süleymanov həmin ərazidə özünə dəbdəbəli villa inşa etdirib”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar