Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Görüşdə Rəsulzadə niyə heç kimin yadına düşmədi?

Tarix: 10-03-2019 13:12     Baxış: 4273 A- / A+
Görüşdə Rəsulzadə niyə heç kimin yadına düşmədi?

Bildiyiniz kimi, ölkə başçısı martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşüb. Qeyd edək ki, Azərbaycanda mədəniyyət, incəsənət və digər sahələrdə görülən işlər, mövcud vəziyyət və gələcək planlar haqda çıxış etdikdən sonra prezident tədbir iştirakçılarından onları narahat edən problemlərdən danışmalarını istəyib. Məhz bundan sonra ard-arda bir sıra təkliflər səsləndirilib.

Belə ki, Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar Rzayev Cəlil Məmmədquluzadənin məzarının səliqəyə salınmasını və Bakıda ona heykəl ucaldılmasını, Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə bəstəkar Yaşar İmanova ev verilməsini, Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri Elbay Qasımzadə Azərbaycan memarlığının klassikləri Sadıq Dadaşov və Mikayıl Hüseynova abidə qoyulmasını, xalq artisti Afaq Bəşirqızı imkansız aktyorların maaşı və evlə təmin olunması məsələsinə diqqət yetirilməsini, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, xalq artisti Şəfiqə Məmmədova Respublika Kinematoqrafçılar İttifaqına bina verilməsini, əməkdar artist Tahir İmanov Bəhram Bağırzadə və Cabir İmanova fəxri ad verilməsini, eyni zamanda babası bəstəkar Süleyman Ələsgərovun adının bir küçəyə verilməsini, əməkdar artist Bəhram Bağırzadə isə Bakı şəhərində Azərbaycan xalqının inkişafı üçün əlindən gələni əsirgəməyən böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin heykəlinin qoyulmasını xahiş edib.

Təbii ki, mədəniyyət və incəsənət xadimlərinin təklifləri ayrı-ayrılıqda xüsusi önəm daşıyır. Çox güman ki, elə bu səbəbdən də onların hər biri mərhələli şəkildə reallaşdırılacaq. Lakin Şərqdə ilk demokratik respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin anım günü ərəfəsinə təsadüf edən görüşdə iştirak edən şəxslərdən heç olmasa biri onun da paytaxtın mərkəzində heykəlinin ucaldılması məsələsini irəli sürsəydi daha yaxşı olardı.

Nəzərinizə çatdıraq ki, məhz bu mövzu ilə bağlı özünün "facebook" səhifəsində mövqeyini bildirən "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu hesab edir ki, əgər həmin görüşdə kimsə Məhəmməd Əmin Rəsulzadəyə də heykəl qoyulması təklifini irəli sürsəydi, müsbət qarşılanacaqdı:

"Bəhram Bağırzadənin prezidentlə görüşdə Hacı Zeynalabdin Tağıyevə Bakının görkəmli yerində abidə qoyulması təklifi yerindəcə qəbul edildi. Bu təklif prezidentin və xanımının diqqətini o qədər cəlb etdi ki, dövlət başçısı Tağıyevlə bağlı xüsusi nitq söylədi və sabahısı təklifin detallarının müzakirəsi üçün Bəhram görüşə çağrıldı. Böyük ehtimalla, həmin görüşdə kimsə Məhəmməd Əmin Rəsulzadəyə də heykəl qoyulması təklifini irəli sürsəydi, müsbət qarşılanacaqdı. Məsələn, günü bu gün Rəis Rəsulzadə bu məsələylə bağlı təklif versə, hesab edirəm ki, reaksiya veriləcək. Məşhur heykəltaraş Ömər Eldarov heykəlin hazırlanmasıyla bağlı illərdir sifariş gözləyir".

Elxan Şahinoğlu bildirib ki, Rəsulzadənin Bakıda heykəli bütün hallarda olmalıdır və olacaq da:

"Ancaq tez olsun ki, tarixi ədaləti bərpa edək. Türkiyədə yaşayan iş adamı Mübariz Mənsimov yeni gəmisinə Məhəmməd Əmin Rəsulzadənin ismini qoymaqla, üstəgəl yenə xəbərə görə Ankarada Cumhuriyyət qurucusunun adına layiq yeni park salmaq təşəbbüsünü irəli sürməklə sanki Azərbaycanda yaşayanlara mesaj göndərir ki, Siz də tərpənin!".

Məsələ ilə bağlı Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, politoloq Natiq Cəfərli isə "Hürriyyət"ə açıqlamasında qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan və ən vacib rol oynayan, onun dünyada tanınması üçün süqutundan sonra belə, böyük iş aparan Məhəmməd Əmin Rəsulzadənin rəsmi dairələr tərəfindən yetərincə qiymətləndirilməməsi ürək ağrısı ilə qarşılanır:

"Təbii ki, o, xalq tərəfindən yetərincə qiymətləndirilir. Məhəmməd Əmin Rəsulzadə Azərbaycan tarixinin vacib fiqurlarından biri, bəlkə də ən önəmli fiqurudur. Çünki o və silahdaşları Azərbaycan sözünü coğrafi anlamdan siyasi anlama çevirdilər. Yəni o vaxta qədər Azərbaycan sözü coğrafi anlam daşıyırdı, topoqrafik isim idi. Lakin ona siyasi anlam da yüklədilər. Odur ki, bu gün Azərbaycan dövləti varsa, məhz Azərbaycan Xalq Cümhuriyyətinə borcludur. Əgər ADR olmasaydı, o zaman ölkəmiz indi Rusiyanın tərkibində muxtar qurum kimi olardı, Tatarıstan, Dağıstan və Çeçenistan kimi qurumlardan birinə çevrilə bilərdi. Yəni bugünkü müstəqilliyimizin təməlini məhz Azərbaycan Xalq Cümhuriyyətinin qurucu ataları qoyub. Bu səbəbdən də onlara qarşı belə bir münasibətin olması təbii ki, xoş qarşılanmır".

REAL-ın icra katibinin sözlərinə görə, bu qısqanclığın səbəbi Rəsulzadə və ADR hekayəsinin müstəqillik dövründə qurulmuş bütün hekayələrdən daha üstün olmasıdır:

"Çünki Rəsulzadə sevgisi təbii sevgidir. Zatən, onun abidəsi insanların qəlbində ucaldılıb. Məhəmməd Əmin sevgisinin təməlində onun Azərbaycanın müstəqilliyində nə qədər vacib rol oynamasının insanlar tərəfindən dərk edilməsi durur. Bu gün Azərbaycanın formalaşmasının, müasir dəyərlərə uyğun olaraq ayaqda qalmasının əsas səbəblərindən biri də məhz Məhəmməd Əmin Rəsulzadə və onun silahdaşlarıdır. Düşünürəm ki, bu məsələ birdəfəlik kökündən həll olunmalı, Azərbaycan Demokratik Respublikasının adına və tarixdəki roluna layiq böyük bir xatirə kompleksi yaradılmalıdır. Belə ki, Azərbaycan Xalq Cümhuriyyətin qurucu atalarının məzarlarının olduğu dövlətlərlə danışıqlar aparılmalı və onların qalıqları Azərbaycana gətirilib bir yerə cəmlənməlidir. Hesab edirəm ki, Rəsulzadə və silahdaşlarının dünyaya səpələnmiş məzarları doğma torpaqlarına gətirilə və bununla da ADR abidəsi Azərbaycanın müstəqillik və çağdaşlıq simvoluna çevrilə, bir mayak rolunu oynaya bilər. Məncə, bu haqda düşünmək daha doğru olar".

Müxalifət düşərgəsində təmsil olunan və qərargahlarında Rəsulzadənin portreti olan siyasi partiyaların nədən onun abidəsinin ucaldılması ilə bağlı hökumət qarşısında təkliflə çıxış etmədiklərinə dair sualı cavablandıran Natiq Cəfərlinin fikrincə, bəzi partiyaların bu kimi məsələlərdə liderliyi ələ almaq cəhdləri təşəbbüslərin önəmini azaldır:

"Maraqlı sualdır. Yəqin ki, burda hər bir siyasi partiyanın özünün dar çərçivədə düşünməsi və dar çərçivəli maraqlarının öndə olması həlledici rol oynayır. Mənə elə gəlir ki, istənilən bir məsələnin gündəliyə gətirilməsi bəzi partiyaların bu məsələdə həmən önə çıxıb liderliyi ələ almaq cəhdi təşəbbüslərin önəmini və əhəmiyyətini azaldır. Əgər bu təşəbbüslər kollektiv şəkildə olacaqsa, təbii ki, şəxsən mən Respublikaçı Alternativ Partiyasının icra katibi kimi bunu dəstəkləyə də bilərəm. Hətta REAL-da bununla bağlı ciddi müzakirələr də açıla və bir sıra addımlar da atıla bilər. Lakin təəssüflər olsun ki, buna bənzər təkliflərin səsləndirilməsi zamanı siyasi partiyalar təklifin reallaşdırılması üçün birgə səylərini bir kənara qoyub, bu məsələnin aparıcı qüvvəsinə və yaxud da fikir liderinə çevrilməsini önə çəkirlər. Bu isə öz növbəsində, son 25 ildə belə təşəbbüslərin fiasko ilə nəticələnməsinə, birlik modellərinin dağılmasına səbəb olub. Yəni bu nöqteyi-nəzərdən, düşünürəm ki, əsas əngəl daha dərindir. Söhbət Rəsulzadə fenomenindən və ya ADR-dən getmir. Bu, birləşdirici bir hekayədir. Əslində, məsələlərin kökü daha dərindir. Belə bir addımların atılmamasının səbəbi bir çox hallarda siyasi qisqanclıq və dar çərçivədə siyasi liderliyi, yorğanı öz üzərinə çəkmək təşəbbüsləridir. Ki, bu da bu tip təşəbbüslərin birgə həyata keçirilməsinə çame olan faktora çevrilir".demokrat.az


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar