Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
BÜTÜN XƏBƏRLƏR

"Qaçqınkom"da vətəndaşların növbəti qəbulu keçirilib - ŞƏKİL

Tarix: 05-03-2019 22:40     Baxış: 3270 A- / A+
"Qaçqınkom"da vətəndaşların növbəti qəbulu keçirilib



Bu gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində məcburi köçkünlərin növ
bəti qəbulu olub.

Dövlət Komitəsinin sədri Rövşən Rzayev, sədr müavinləri, aparat rəhbəri, şöbə və departament rəhbərləri vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyiblər.

Qəbula gəlmiş məcburi köçkünlər, əsasən, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluq, status, kommunal xidmətlər, vahid aylıq müavinətin təyin edilməsi ilə əlaqədar müraciət ediblər.

Onlara bir daha bildirilib ki, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması, onların sosial problemlərinin həlli daim Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Dövlət başçısının tapşırığına əsasən, bu kateqoriyadan olan vətəndaşlarımızın mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə yanaşı, maddi rifahının yüksəldilməsi üçün zəruri tədbirlər görülür. Bir neçə gün əvvəl vahid aylıq müavinətin məbləğinin 50 faiz artırılması ilə bağlı verilən Sərəncam bunun bariz nümunəsidir. Birinci vitse-prezident xanım Mehriban Əliyeva qəzalı və yararsız binalarda ən ağır vəziyyətdə yaşayan məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı verdiyi tapşırığın icrasını nəzarətdə saxlayır.
Vətəndaşlar fərdi qaydada qəbul edilib və hər birinin müraciəti müvafiq qaydada qeydə alınıb. Müraciətlərdə qaldırılan məsələlərin araşdırılacağı və qanunvericiliyə uyğun şəkildə həll ediləcəyi bildirilib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar