Sizin Reklam Burada
Xəbər lenti
29-03-2024
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

Sabah Milli Məclis toplanır - 18 məsələ müzakirə olunacaq - SİYAHI

Tarix: 04-03-2019 21:15     Baxış: 3214 A- / A+
Sabah Milli Məclis toplanır - 18 məsələ müzakirə olunacaq

Martın 5-də Milli Məclisin növbəti plenar iclası keçiriləcək.

Parlamentin mətbuat xidmətindən verilən məlumata görə, iclasın gündəliyinə 18 məsələ daxildir.

Əvvəlcə Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) illik məruzəsi dinləniləcək. Sonra deputatlar “Hərbi vəzifə və hərbi xidmət haqqında”, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, “Reklam haqqında”, “Gənclər siyasəti haqqında” qanunlarda, Cəzaların İcrası və İnzibati Xətalar məcəllələrində dəyişikliklər edilməsi barədə qanun layihələrinə üçüncü oxunuşda baxacaqlar.

Sonra Şəhərsalma və Tikinti, Torpaq məcəllələrinə, “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında”, “Pasportlar haqqında” qanunlara dəyişiklik edilməsi barədə qanun layihələri, həmçinin “Özəlləşdiriləcək dövlət əmlakının (müəssisələrinin) 2019-cu il 1 mart tarixinə mövcud olan əmlak və torpaq vergiləri üzrə borclarının tənzimlənməsi haqqında” qanun layihəsi müzakirə olunacaq.

Plenar iclasda, həmçinin “İpoteka haqqında”, “Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Telekommunikasiya haqqında” qanunlara, İnzibati Xətalar, Mülki Prosessual və Cinayət məcəllələrinə dəyişiklik edilməsi haqqında qanun layihələri ikinci oxunuşda müzakirə olunacaq. baku.ws


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar