Sizin Reklam Burada
Xəbər lenti
29-03-2024
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

Bakıdakı Ukrayna diplomatı casus imiş?

Tarix: 19-11-2016 08:59     Baxış: 3357 A- / A+
Bakıdakı Ukrayna diplomatı casus imiş?


Ukraynanın Azərbaycandakı səfirliyinin mədəni-humanitar məsələlər üzrə birinci katibi - 36 yaşlı Yevgeni Yankovski ölkənin Xarici Kəşfiyyat Xidmətinin fəaliyyətdə olan əməkdaşıdır.

Manevr.az bildirir ki, bu sensasiyalı informasiyanı Rusiyanın "Komsomolskaya pravda" qəzeti yayıb.

Qəzetin Krımda buraxılan versiyası yarımadanın zəbt edilməsinə baxmayaraq orada mülklərə sahib olmaqda davam edən vəzifəli məmurlar və Ukrayna xüsusi xidmət orqanlarının yüksək rütbəli əməkdaşları haqqında böyük məqalə və siyahı dərc edib.

Böyük siyahıda Ukraynanın Azərbaycandakı səfirliyinin mədəni-humanitar məsələlər üzrə birinci katibi Yevgeni Yankovskinin də adı var. Və qəzetin məlumatına görə, o, Ukrayna Xarici Kəşfiyyat Xidmətinin fəaliyyətdə olan əməkdaşıdır.

"Komsomolskaya Pravda” həmçinin dəqiqləşdirib ki, Yevgeni Yankovski Yaltanın nüfuzlu rayonunda, Dzerjinski küçəsi, ev 33 ünvanında mənzilə malikdir.

"Yeri gəlmişkən, ona onun anası baxır. Amma Yankovski həmkarlarına dəfələrlə deyib ki, yarımadaya-ailəsinə qayıtmaq barədə fikirləşir", - deyə nəşr yazır.

Virtualaz.org dəqiqləşdirib ki, Yevgeni Yankovski həqiqətən də Ukraynanın Azərbaycandakı səfirliyində işləyir və mədəni-humanitar məsələlər üzrə birinci katib vəzifəsini tutur. Daha dəqiq desək, Yevgeni Yankovskinin adı səfirliyin rəsmi saytında dərc edilmiş Ukraynanın Azərbaycandakı diplomatik missiyasının əməkdaşlarının siyahısında göstərilib.(virtualaz.org)

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar