Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

Yeni salınan qəsəbələrin, yaşayış komplekslərinin sayı ilbəil artır - ŞƏKİL

Tarix: 19-02-2019 19:03     Baxış: 4261 A- / A+
Dövlət Komitəsinin sədri vətəndaşları qəbul edib
Yeni salınan qəsəbələrin, yaşayış komplekslərinin sayı ilbəil artır



Bu gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib. Qəbulu komitənin rəhbərliyi və məsul əməkdaşları aparıblar.


Manevr.az-ın məlumatına görə, komitə sədri Rövşən Rzayev vətəndaşların müraciətlərini ayrı-ayrılıqda dinləyib, onların hər birinin araşdırılması üçün müvafiq tapşırıqlar verib. Məcburi köçkünlərin müraciətləri, əsasən, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, vahid aylıq müavinətlərin verilməsi, məşğulluq, status məsələləri, kommunal xidmətlər və digər sosial problemlərlə bağlı olub.

Sosial müafiəyə xüsusi ehtiyacı olan şəxslər kimi məcburi köçkünlərin problemlərinin həlli dövlət siyasətinin üstün istiqamətlərindəndir. Yeni salınan qəsəbələrin, yaşayış komplekslərinin sayı ilbəil artır, məcburi köçkünlərin mənzil-məişət şəraiti mərhələli şəkildə yaxşılaşdırılır. Prezident İlham Əliyevin tapşırığına əsasən, bu sahədə işlər daha da sürətləndirilib. Hazırda Bakı şəhəri ərazisində və bölgələrdə yeni evlərin tikintisi davam etdirilir.

Məcburi köçkünlərlə bağlı məsələlərə daim xüsusi həssaslıqla yanaşan Birinci vitse-prezident xanım Mehriban Əliyevanın hələ də ən ağır vəziyyətdə yaşayan köçkün ailələrin yeni mənzillərə köçürülməsi barədə tapşırığı davamlı şəkildə icra olunur. Son illərdə yüzlərlə belə ailə zirzəmilərdən, yarımçıq və yararsız tikililərdən yeni mənzillərə köçürülüb.

Vətəndaşların Dövlər Komitəsində qəbul zamanı qaldırdıqları məsələlər operativ şəkildə araşdırılacaq və qanunvericiliyə uyğun tədbirlər görüləcəkdir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar