Sizin Reklam Burada
Xəbər lenti
20-04-2024
19-04-2024
BÜTÜN XƏBƏRLƏR

"Fərhad Qribovla bağlı videonu şəxsən özüm çəkmişəm" - Deputatdan cavab: "Əcəb eləyib oynamışam... "

Tarix: 18-11-2016 15:41     Baxış: 5409 A- / A+
"Fərhad Qribovla bağlı videonu şəxsən özüm çəkmişəm"


Milli Məclisin sabiq deputatı, bu yaxınlarda lisenziyası geri alınmış “Debüt bank”ın sabiq rəhbəri Fərhad Qəribov Tbilisidəki kazinoların birində 270 min dollar uduzması barədə Haqqın.az saytında yayılan materiala münasibət bildirib.
F.Qəribov isə Publika.az-a açıqlamasında iddia edib ki, yayılan videodakı şəxs o deyil:


"Fərhad Qribovla bağlı videonu şəxsən özüm çəkmişəm"

“Mənim o qədər pulum var ki, kazinoya marağım da olsun? Qumar oynamaq mən yaşında adama yaraşan hərəkət deyil. Mən təqaüddə olan adamam, o qədər pul hardandı? Digər tərəfdən isə görün yayılan həmin videoda mən varam? O videoya oğlanlarım da baxıb. Ola bilər ki, o adam mənə bənzəyir. Ancaq videodakı adam mən deyiləm. Axı nə bilirlər ki, kazinoda mən uduzmuşam? Məgər onu yazan yanımda idi? Yalandan yazıblar. Mən də buna əhəmiyyət vermirəm”.

Lakin haqqin.az və virtualaz.org saytlarının təsisçisi Eynulla Fətullayev bildirir ki, o, Fərhad Qəribovun görüntülərini kazionda şəxsən çəkib:

“Fərhad Qəribovun Tiflisin “Şanqri La Tbilisi” kazionsunda videokadrlarını mən özüm çəkmişəm".
E.Fətullayev deyib ki, o, jurnalistika fəaliyyəti ilə bağlı bir neçə gün əvvəl Gürcüstanda olarkən təsadüfən Tiflis xəngəlxanalarından birində keçmiş deputat Fərhad Qəribovu və daha bir neçə azərbaycanlını görüb:
“Mənə dedilər ki, o, birazdan durub gedəcək kazionaya, qumar oynamağa. İnanmadım. Bir müddət keçdi, Fərhad Qəribov və yanındakılar doğrudan da xəngəlxanadan çıxıb təxminən 200-250 metr aralıdakı “Şanqri La Tbilisi” kazinosuna getdi.

"Fərhad Qribovla bağlı videonu şəxsən özüm çəkmişəm"

Mən də onun arxasınca düşdüm, hiss etdirmədən keçmiş deputatın necə qumar oynadığına tamaşa etdim. Qəribov poker oynamağa başladı və elə bir ucdan da uduzurdu. Deyə bilərəm ki, o, heç də yaxşı qumarbaz təsisi bağışlamırdı və çox qeyri-peşəkar oynayırdı.
Nəhayət o, bütün pulunu uduzub qurtardı, yanındakına “nə qədər pul uduzduq, bütün pulum qurtardı” dedi. Əlavə etdi ki, “uşaqlara” deyib, indi pul gətirəcəklər”.

F.Qəribov isə E.Fətullayevin bu iddialarını eşitdikdən sonra söyləyib ki, burda qınanılacaq nəsə yoxdu:
"Əcəb eləyib oynamışam, o da əcəb edib çəkib. Bunun kimə nə dəxli var?"

Xatırladaq ki, F.Qəribov 2005-2015-ci illərdə Kürdəmir seçki dairəsinin deputatı olub.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar