Sizin Reklam Burada
Xəbər lenti
29-03-2024
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

Paşinyan Qarabağda son döyüşə hazırlaşır

Tarix: 16-02-2019 12:18     Baxış: 2310 A- / A+
Paşinyan Qarabağda son döyüşə hazırlaşır


Nikol Paşinyan və Bako Saakyan işğal edilmiş torpaqlarda
Ermənistan baş nazirin Rusiyanın böyük dəstəyə ümid edir

Nikol Paşiyan Ermənistanda öz hakimiyyətini möhkəmləndirmək üçün Qarabağ klanını darmadağın etməli və klanın indiki lideri Bako Saakyanı zərərsizləşdirməlidir.

İstiPress-ə bu barədə politoloq Tofiq Abbasov Paşinyanın Qarabağdakı işğal rejiminin rəhbəri Bako Saakyanı istefaya göndərəcəyi barədə erməni KİV-lərində yayılmış xəbəri şərh edərkən bildirib.

İrəvanda nəşr olunan “Jamanak” qəzetinin yazdığına görə, may ayına qədər Nikol Paşinyan Bako Saakyanı istefaya göndərəcək və gələn ilin martına nəzərdə tutulmuş “seçkidə” işğal zonasına özünə yaxın birini rəhbər təyin edəcək.
Paşinyan Qarabağda son döyüşə hazırlaşır

Tofiq Abbasovun fikrincə, Bako Saakyan hazırda Qarabağ klanının lideridir və Paşiyanı Ermənistan hakimiyyətinə gedən yolda ən böyük rəqibi sayır: “Bako Saakyan Robert Koçaryan və Serj Sarkisyanın xələfidir. O ikisi zərərsizləşdirildiyindən Qarabağ klanının həqiqi lideridir. Saakyan üçün ən böyük düşmən hazırda Nikol Paşiyandır və o düşünür ki, Ermənistanın rəhbəri o özü olmalıydı, sadəcə Paşinyan onun yerini tutub. Əgər Nikol Paşinyan Saakyanı zərərsizləşdirməsə, o, hakimiyyəti ələ keçirməyə cəhd edəcək. Çünki əlində real güc – ordu var. Həm də Paşinyandan narazıların hamısı Qarabağa – onun başına toplaşmağ çalışırlar ki, nəsə bir şey eləsinlər”.

Politoloq düşünür ki, Nikol Paşinyan Qarabağ klanını zərərsizləşdirə bilsə, bu, Ermənistanla Azərbğaycan arsındakı Dağlıq Qarabağ münaqişəsinin həllində müsbət addım olacaq: “Şəksiz ki, Qarabağ münaqişəsinə baxışda klan təmsilçiləri ilə Paşiyanın mövqeləri kəskin fərqlənir. Birincisi, o, klan təmsilçilərindən fərqli olaraq münaqişənin birbaşa iştirakçısı deyil, yəni əli azərbaycanlı körpələrin, qadınların və qocaların qanına bulaşmayıb. İkincisi, onun qarşısında Ermənistan iqtisadiyyatını dirçəltmək, əhalinin güzəranını yaxşılaşdırmaq, köçün qarşısını almaq vəzifələri durur. Qarabağ münaqişəsinin həllində irəliyə doğru addım olmalıdır ki, Azərbaycan və Türkiyə kommunikasiyaları açsın. Yəni Paşiyan Ermənistanı xilas etmək üçün erməniləri Qarabağ avantürasından da xilas etməlidir. Qarabağ klanı isə nəinki torpaqları azad etmək barədə düşünmür, hətta yeni torpaqlar ələ keçirmək barədə planlar qururlar”,- deyə Tofiq Abbasov vurğulayır.

Paşinyan Qarabağda son döyüşə hazırlaşır

Madrid prinsiplərinə əsasən Azərbaycanın işğal olumuş ərazilərinin mərhələli şəkildə azad olunması
Əslində, politoloq Qarabağ münaqişəsinin həlli məsələsində ən əsas məqama toxunub. Məsələ bundadır ki, Serj Sarkisyan və sələfi Robert Koçaryan Madrid prinsipləri üzrə torpaqların mərhələli həlli variantı ilə razı olduqlarını bildirsələr də praktiki gedişlərdə buna mane olublar. Çünki torpaqların işğal altında saxlanmasında şəxsi maraqları var. Ermənistanda heç kimdən gizli deyil ki, işğal olunmuş torpaqlar (təxminən 150 min hektar sahə – red.) klan təmsilçiləri tərəfindən becərilir, hazır məhsullar İrəvanda qablaşdırılır və Rusiya bazarlarına göndərilir, əldə olunan gəlir birbaşa klan rəhbərlərinin cibinə axır. Həmçinin, işğal edilmiş torpaqlarda erməniləri yerləşdirmək adı altındı diaspordan qeyri-rəsmi pullar alınır və mənimsənilir. Sarkisyan və Koçaryan ailələrinin hər birini bir milyard dolları keçən sərvətlərinin kökündə bu kimi çirkli gəlirlər durur.

Təbii ki, Paşinyan kiçik bir təbəqənin varlanması naminə bütün Ermənistanın məhvi ilə razılışmaz. Buna görə mərhələli şəkildə Qarabağ klanını məhv etməyə çalışacaq və bundan sonra münaqişənin həlli istiqamətində addımlar atacaq. Hələliksə, daxili siyasətdə reytinqini itirməmək üçün müəyyən aldadıcı gedişlər edəcək. Məntiqlə, bu məsələdə Rusiya da Paşiyana dəstək verməlidir. Çünki Moskva qərbin sanksiyaları ilə üzləşdiyi soyuq müharibə dövründə öz sərhədində yeni qaynar nöqtələr istəməz, əksinə Qarabağ münaqişəsinin obyektiv həlli hər iki münaqişə tərəfinin Moskva ilə münasibətlərinin daha da güclənməsinə səbəb ola bilər.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar