Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Yasamalda Beynəlxalq Kitab Bağışlama Günü ilə bağlı aksiya keçirildi - ŞƏKİLLƏR

Tarix: 14-02-2019 22:57     Baxış: 4459 A- / A+
Yasamalda  Beynəlxalq Kitab Bağışlama Günü ilə bağlı aksiya keçirildi


Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminə (MKS) daxil olan bütün kitabxanalar Beynəlxalq Kitab Bağışlama Günü ilə əlaqədar kitab bağışlama aksiyası keçirdilər.

Uşaq yazarı Gülzar İbrahimova və kitabxananın əməkdaşları Yasamal rayon 53 №-li tam orta məktəbində, Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün 5 №-li Respublika Xüsusi İnternat Məktəbinin, Azərbaycan Milli Konservatoriyası nəzdində İncəsənət Gimnaziyasının, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kitabxanalarına maraqlı kitablar hədiyyə etdilər. Yazıçı Gülzar İbrahimova və kitabxananın əməkdaşları Beynəlxalq Kitab Bağışlama Günü barədə məlumat verdilər.

Kitabxananın əməkdaşları “Azərsuvenir” MMC-nin direktoru Rasim Asadyevlə görüşdülər və müəssisəyə kitablar hədiyyə etdilər. Yasamal rayon Heydər Əliyev Mərkəzinə və kitabxananın oxucularına da kitablar hədiyyə olundu.

Ə.Vahid adına 1 №-li kitabxana filialının əməkdaşları 173 №-li tam orta məktəbin, A.Şaiq adına 2 №-li kitabxana filialının əməkdaşları İncəsənət Gimnaziyasının, 3 №-li kitabxana filialının əməkdaşları 246 №-li tam orta məktəbin, X.B.Natəvan adına 4 №-li kitabxana filialının əməkdaşları 225 №-li tam orta məktəbin kitabxanalarına kitablar hədiyyə etdilər.

Bundan başqa, M.Ş.Vazeh adına Yasamal rayon Mərkəzi Kitabxanası Rusiya Federasiyasının kitabxanalarına və Kiyev şəhərindəki S.Vurğun adına Kütləvi Kitabxanaya elektron kitablar hədiyyə etdilər (virtual formada).

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Elmi kitabxanası M.Ş.Vazeh adına Yasamal rayon Mərkəzi Kitabxanasına kitablar hədiyyə etdilər.

Yasamalda  Beynəlxalq Kitab Bağışlama Günü ilə bağlı aksiya keçirildi
Yasamalda  Beynəlxalq Kitab Bağışlama Günü ilə bağlı aksiya keçirildi
Yasamalda  Beynəlxalq Kitab Bağışlama Günü ilə bağlı aksiya keçirildi
Yasamalda  Beynəlxalq Kitab Bağışlama Günü ilə bağlı aksiya keçirildi
Yasamalda  Beynəlxalq Kitab Bağışlama Günü ilə bağlı aksiya keçirildi

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar