Sizin Reklam Burada
Xəbər lenti
20-04-2024
19-04-2024
BÜTÜN XƏBƏRLƏR

Komitə sədrinin qardaşı saxlanıldı - NAZİM İBRAHİMOV ONU XİLAS EDƏ BİLƏCƏKMİ?

Tarix: 18-11-2016 10:56     Baxış: 6372 A- / A+
 Komitə sədrinin qardaşı saxlanıldı

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun qardaşı Sahib İbrahimov bir neçə gün əvvəl Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən saxlanılıb.

Bu barədə Gununsesi.info-ya İbrahimovlar ailəsinə yaxın mənbədən məlumat daxil olub. Məlumatda bildirirlir ki, sahibkar kimi vergi uçotunda dayanan Sahib İbrahimov dövlətə olan 1.5 milyon vergi borcunu ödəməkdən yayınır. Dəfərlərlə xəbərdarlıq edilməsinə, möhlət verilməsinə baxmayaraq, o, vergi borcunu ödməyib. Nəhayət, Vergilər Nazirliyi Yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə dəvət olunan Sahib İbrahimov elə oradaca şübhəli şəxs qismində saxlanılıb. 2 sukta nazirliyin müvəqqəti saxlama yerində saxlanılan iş adamı sonradan “yuxarıdan” gələn zənglə sərbəst buraxılıb.

Məlumatı redaksiyamıza verən mənbə onun azad olunmasına baxamayaraq, Sahib İbrahimovun qısa zaman ərzində borcunu ödəyəcəyinə dair iltizam verdiyi bildirilir.

Məsələ ilə bağlı Gununsesi.info-nun sorğusunu cavablandıran Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin Əməliyyat İdarəsinin rəisi Ənvər Yusifov bu barədə bir söz deməyəcəyini bildirib: “Mən sizə bu barədə heç nə deyə bilmərəm. Nazirliyin mətbuat xidməti ilə əlaqə saxlayın”.

Qeyd edək ki, İbrahimov qardaşlarının adı ölkədə bir çox qalmaqallarda hallanır. Belə ki, Sahib İbrahimovdan əvvəl Hacı İbrahim Nehrəmli dövlətə olan kredit borcunu qaytarmadığına görə, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həbs olunmuşdu.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar