Sizin Reklam Burada
Xəbər lenti
29-03-2024
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

Vətəndaşları təhqir edən gömrük işçisi işdən qovuldu - VİDEO

Tarix: 17-11-2016 20:55     Baxış: 2353 A- / A+
Vətəndaşları təhqir edən gömrük işçisi işdən qovuldu


Gömrük postlarından birində ölkəyə gələn Azərbaycan vətəndaşlarına qarşı kobudluq edən, qadın-kişi demədən onları söyən və bağlamalarını alıb yerə tullayan gömrük zabiti işdən qovulub.

Manevr.az xəbər verir ki, bu barədə virtualaz.org-a Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, Azərbaycanın Gürcüstanla sərhədindəki "Sınıq Körpü" gömrük məntəqəsinin əməkdaşı Kamal Hüseyn oğlu Nəzərov tutduğu vəzifədən azad edilib və gömrük orqanlarından xaric olunub.

Qeyd edək ki, gömrükdə baş verən bu insidentlə bağlı videonu Meydan TV yayımlamışdı. Kadrlara əsasən, həmin zabit qonşu ölkədən qayıdan vətəndaşlarla heç bir əsas olmadan kobud davranır, onların bağlamalarını alıb yerə atır, özlərini söyür. O, əl çantasını gömrük baxışı üçün təqdim etməyə çalışan qadını əliylə hədələyib deyir: "”Kor sənsən. Mənim beynimdə 24 milyon şey var... rüşeym, hüceyrə var, sən həmişə də gedibsən...”

Videogörüntü sosial şəbəkələrdə rezonans yaradıb, tənqidə səbəb olub. Bundan sonra Gömrük Komitəsi zabitlə bağlı ölçü götürüldüyünü bəyan edib.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar