Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Məmmədovlar Trampı Bakıya gətirir

Tarix: 16-11-2016 21:10     Baxış: 3409 A- / A+
Məmmədovlar Trampı Bakıya gətirir

ABŞ-ın yeni prezidenti Donald Trampın qızı İvanka Tramp Bakıya gəlir.

BakiPost.az-ın məlumatına görə, iki il öncə oktyabr ayında Bakıya gələn və atasının adını daşıyan binanın - "Tramp Tower”in tikintisi ilə tanış olan İvanka bu dəfə də elə həmin binaya görə paytaxtımıza təşrif buyuracaq. Prezident qızı artıq birmənalı qaydada Bakının ən prestijli binası olan "Tramp Tover"in açılışına gələcək. O, bu dəfə də məhz bir neçə ay öncəyə qədər ulduzu tamamilə sönmüş və demək olar ki, bütün səlahiyyətləri əlindən alınmış nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun şəxsi dəvətlisi olaraq. Bu barədə saytı bilgiləndirən mənbə səfərin tarixi barədə də detalları açıqlayıb. Bildirilir ki, İvanka Trampın Bakıya səfəri gələn ilə - konkret, Novruz Bayramından sonraya planlaşdırılır. Səfərin həmin tarixə təyin edilməsinin iki səbəbi var: biri ev sahibindən, digəri qonaq tərəfdən.

Məlumdur ki, Donald Tramp prezident vəzifəsinin icrasına gələn ilin yanvarın sonlarından başlayacaq. Kresloya əyləşdikdən sonra ilk iki ayda yeni sistemə öyrəşməyə və administrasiyası ilə tanışlığa vaxt sərf edəcək. Ona görə də tərəflər düşünüb ki, Tramp soyadının Bakıya səfərinin ata Trampın vəzifəsinin icrasına başlamasından bir neçə ay sonraya ertələsinlər. Səfərin məhz Novruz Bayramından sonraya təyin edilməsinin isə Bakıda ev sahibləri üçün xüsusi əhəmiyyəti var.

Belə ki, Novruz Bayramından sonra – yəni aprel ayında ata-oğul Məmmədovlar üçün əlamətdar günlər var. Hər iki Məmmədovun doğum günü aprel ayındadır. 26 apreldə Anarın, 28 apreldə isə nazirin özünün doğum günüdür. Trampın Bakı səfərinin məhz aprel ayına salınması da bu baxımdan xüsusi əhəmiyyətlidir. Mənbənin fikrincə, ABŞ prezidentinin ailəsindən bir nəfərin onların şəxsi qonağı olaraq Azərbaycana səfəri Məmmədovlar ailəsinin yenidən yüksəlişinin ilk günü olacaq. Bu baxımdan səfərin də məhz doğum aylarına təsadüf etməsinə çalışırlar. Mesaj isə aydındır: "Biz yenidən doğulur, yüksəlişə keçirik”.

Qeyd edək ki, 33 mərtəbəli "Tramp Tover” 72 ultra-lüks nömrədən və 189 qonaq otağından ibarət olacaq. Hotel Dubaydakı kimi yelkənli qayıq formasındadır. Bu hotelin səhmdarlarından biri Anar Məmmədovdur və tikilini də onun şirkəti həyata keçirib. Otelin ötən ilin iyun ayında istifadəyə veriləcəyi bildirilsə də, Azərbaycanda Məmmədovların "vurulması”, ABŞ-da isə Trampın prezidentlik müəmması bu prosesi təxirə salmışdı.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar