Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

"Ölkəni keyfiyyətsiz malların satış poliqonuna çevirirlər" - Əli Məsimli

Tarix: 01-02-2019 17:09     Baxış: 4234 A- / A+
"Ölkəni keyfiyyətsiz malların satış poliqonuna çevirirlər"


“Son vaxtlar Strateji Yol xəritəsindən irəli gələrək, hökumətin siyasətində islahat xarakterli tədbirlər sürətləndirilib”.

Manevr.az xəbər verir ki, bu sözləri millət vəkili Əli Məsimli Milli Məclisin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

Millət vəkili bildirib ki, ən əhəmiyyətli məsələ odur ki, Prezidentin təşəbbüsü ilə sosial layihələr irəli sürülür:


“Bununla əlaqədar olaraq qanunvericilik planından əlavə yeni sənədlər, layihələr qəbul ediləcək. Strateji yol xətirəsindən gündəmə gələn bəzi məsələlər isə hələ də həllini tapmayıb. 2018-ci ilə qədər banklarla bağlı islahatlar yekunlaşmalı idi. Lakin Beynəxlalq Bank istisna olmaqla ciddi addım atılmayıb. Bu islahatların başlıca şərti problemli kreditlər məsələsinin həll edilməsidir. Problemli kreditlər kredit portfelinin 14 faizinə yaxınlaşıb, bu, kritik həddən çoxdur. 300-400 manat maaş alanlar onun böyük bir hissəsini kredit ödəməyə yönəldir. Yerdə qalan vəsait 2019-cu il dövlət büdcəsində müəyyən edilmiş yaşayış minimumundan aşağı olur”.

Millət vəkili onu da vurğulayıb ki, Prezidentin təşəbbüsü ilə yoxlamaların dayandırılması sahibkarlığın inkişafı üçün son dərəcə vacib addımdır:


“Bu qərardan sonra yoxlamalar min dəfə azaldı. Bu, sahibkarlığın inkişafında böyük rol oynadı, lakin bundan sui-istifadə edənlər var. Onlar ölkəni keyfiyyətsiz malların satış poliqonuna çevirirlər. Hesab edirəm ki, Qida Təhlükəsizliyi Agentliyi bu problemin həlli üçün dəstək ola bilər. Buna görə də Qida Təhlükəsizliyi Agentliyinin hüquqi baza əsasında fəaliyyəti üçün qanunvercilik bazasının hazırlanmasını vacib hesab edirəm”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar