Sizin Reklam Burada
Xəbər lenti
20-04-2024
19-04-2024
BÜTÜN XƏBƏRLƏR

İstanbulda Azərbaycan və Türkiyə müəllimlərinin beynəlxalq konfransı - ŞƏKİLLƏR

Tarix: 31-01-2019 15:10     Baxış: 2773 A- / A+
İstanbulda Azərbaycan və Türkiyə müəllimlərinin beynəlxalq konfransı - ŞƏKİLLƏR

Yanvarın 26-29-da Azərbaycan Respublikası Təhsil Cəmiyətinin təşkilatçılığı və Türkiyənin Uluslararası Öncü Eyitimcilər Dərnəyinin iştirakı ilə qardaş ölkənin İstanbul şəhərində müəllimlərin beynəlxalq konfransı keçirilib.

Təhsil Cəmiyyətindən Manevr.az-a verilən məlumata görə, Azərbaycanın və Türkiyənin bir qrup ali təhsil və orta ümumtəhsil ocaqlarının müəllimlərinin iştirakçısı olduğu “Müasir təhsilin prioritetləri-zamanın çağırışları” adlı beynəlxalq konfrans və təlim turu zəngin proqramla yadda qalıb.

İstanbul Şehir Universitetinin konfrans zalında keçirilən tədbirin açılışında tanınmış alim, pedaqogika üzrə elmlər doktoru, professor Fərahim Sadıqov, Türkiyədən Prof.Dok. Davud İbrahimoğlu, respublikanın əməkdar müəllimi, Təhsil İnstitutunun Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Almaz Həsrət çıxış edərək iki ölkənin təhsil sisteminin məzmunu, yeni tədris-təlim üsullarından bəhs ediblər. Sonra konfrans iştirakçıları universitetin maddi-texniki bazası ilə tanış olublar.

Azərbaycanlı qonaqlarla görüş keçirən TC Eğitim Bakanlığı İstanbul Üsküdar ilçe müdiri Sinan Aydın qardaş ölkədən gələn müəllimləri salamlayaraq məmnunluğunu ifadə edib. Belə tədbirlərin əhəmiyyətini və qarşılıqlı əməkdaşlığın vacibliyini vurğulayıb.

Sonra Uluslararsı Öncü Eyitimcilər Dərnəyinin ofisində Təhsil Cəmiyyətinin nümayəndələri və beynəlxalq konfrans iştirakçıları ilə İstanbulun müxtəlif məktəblərində çalışan qabaqcıl müəllimlərlə də görüş təşkil edilib. Azərbaycanlı müəllimlər təqdimatlarla çıxış ediblər. Konfransda Türkiyə və Azərbaycan təhsil işciləri fikir mübadiləsi apararaq təcrübələrini bölüşüblər.
Bundan əlavə, tədbir iştirakçıları İstanbulda fəaliyyət göstərən, böyük fədakarlıq göstərərək təhsilsiz qalan azərbaycanlı uşaqlara məktəb yaradan, “Maarifçi Qadınlar” İB-nin sədri Şərqiyyə Məmmədovanın məktəbində olublar. Həmin məktəbdə tədrislə məşğul olan azərbycanlı müəllim və şagirdlərlə görüşüblər. Azərbaycandan aparılan müxtəlif kitablar, bayraqlar və digər hədiyyələr kollektivə təqdim edilib.
Tədbirin sonunda iştirakçılara beynəlxalq dərəcəli sertifikat, plaket və hədiyyələr verilib.

Manevr.az

İstanbulda Azərbaycan və Türkiyə müəllimlərinin beynəlxalq konfransı - ŞƏKİLLƏR
İstanbulda Azərbaycan və Türkiyə müəllimlərinin beynəlxalq konfransı - ŞƏKİLLƏR
İstanbulda Azərbaycan və Türkiyə müəllimlərinin beynəlxalq konfransı - ŞƏKİLLƏR
İstanbulda Azərbaycan və Türkiyə müəllimlərinin beynəlxalq konfransı - ŞƏKİLLƏR
İstanbulda Azərbaycan və Türkiyə müəllimlərinin beynəlxalq konfransı - ŞƏKİLLƏR
İstanbulda Azərbaycan və Türkiyə müəllimlərinin beynəlxalq konfransı - ŞƏKİLLƏR
İstanbulda Azərbaycan və Türkiyə müəllimlərinin beynəlxalq konfransı - ŞƏKİLLƏR

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar