Sizin Reklam Burada
Xəbər lenti
20-04-2024
19-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda 17 min nəfərə bir vəkil düşür

Tarix: 16-11-2016 15:11     Baxış: 3398 A- / A+
Azərbaycanda 17 min nəfərə bir vəkil düşür

“Məhkəmələrdə mülki işlərə baxılması səviyyəsi dəhşətli vəziyyətdədir. Məhkəmələr vətəndaşı illərlə süründürməçiliyə salır və nəticədə məsələ də həllini tapmır. Elə olur ki, illərlə davam edən mülki mübahisəli məsələ məhkəmələrin bütün instansiyalarını keçir. İş Ali Məhkəmədə baxılandan sonra təkrar araşdırılma üçün aşağı məhkəmə instansiyalarına göndərilir. Bu anlaşılan deyil”.

Modern.az-ın xəbərinə görə, bu sözləri deputat Qüdrət Həsənquliyev Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin “Məhkəmələr və hakimlər haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Hüquqşünas deputat bildirib ki, məhkəmə qanunvericiliyi mütləq təkmilləşdirilməlidir: “Elə olmazmı ki, qanunvericilikdə dəyişiklik edilsin və yuxarı instansiya məhkəmələri şikayətə baxıb qərar versin. Yoxsa bu sahədə problem həllini tapmayacaq vətəndaş da bu süründürməçilikdən əziyyət çəkəcək. Ona görə də bu problemlərin həlli üçün qanunvericiliyin təkmilləşdirilməsinə ciddi ehtiyac var”.

Qüdrət Həsənquliyev Azərbaycanda adambaşına düşən saya görə vəkillərin çox az olmasını vurğulayıb: “Təsəvvür edin, Azərbaycanda 17 min insana bir vəkil düşürsə, Polşada 700 nəfərə, Amerikada isə 50 nəfərə bir vəkil düşür. Ona görə də Ədliyyə Nazirliyi məhkəmə-hüquq sistemində işin effektivliyini təmin edilməsi baxımından Azərbaycanda hakim və vəkillərin sayının artırılması məsələsinə baxmalıdır”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar