Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

Ermənilərlə əməkdaşlıq edən Arzu Qeybullayevanın “izlənmə” iddiası gülüş doğurdu

Tarix: 19-01-2019 13:46     Baxış: 4325 A- / A+
Ermənilərlə əməkdaşlıq edən Arzu Qeybullayevanın “izlənmə” iddiası gülüş doğurdu

Osman Gündüz: “Kiminsə telefonuna daxil olub, məlumatlarını götürmək asan məsələ deyil”
Azərbaycanlı jurnalist Arzu Qeybullayeva “Foreign Policy Centre” düşüncə mərkəzi üçün hazırladığı məqalədə Azərbaycan hökumətinin müasir texnologiyaları istifadə edərək vətəndaş cəmiyyəti fəallarını və jurnalistləri necə hədəfə aldığı haqda iddialar səsləndirib. O, “Amerikanın səsi”nə müsahibəsində qeyd edilən məqaləsi barəsində danışaraq aşağıdakıları bildirib:

“Əslində bu texnologiyalar Azərbaycanda uzun müddətdir istifadə olunur və xeyli vaxtdır fərqli beynəlxalq təşkilatlar bu barədə həm yazılar dərc eləyib, həm də hesabatlar hazırlayıb. Mənim məqalədə qeyd elədiyim texnologiyalar müxtəlifdir. Onlardan biri proqramdır. Bu proqramı kompüter və ya mobil telefonlara salandan sonra bu proqram sayəsində öz kompüter və telefonundan girdiyin bütün şifrələr qarşı tərəfə göndərilir və qarşı tərəf istənilən vaxt bu şifrələrdən istifadə edərək, həm sənin sosial hesablarına daxil olaraq, onları dəyişdirə bilərlər. İkinci texnologiya odur ki, virus kompüterə və ya telefona daxil olandan sonra qarşı tərəf istədiyi vaxt videokameranı və səs sistemini açıb, sənin xəbərin olmadan ətrafında olan hər şeyi çəkə bilər və sonra bunu öz işləri üçün istifadə edə bilərlər. Digər bir texnologiya isə ”Keylogger" adlanan virusdur. Bu virus sizin klaviaturada yazdığınız hər şeyin, şifrələriniz, email-ləriniz və ya mətnlərinizin sürətini çıxardır. Bir də sizin, ümumiyyətlə, telefon və kompüterdəki sənədlərə də bunların bir şəkildə girişi olur və onlardan istədikləri vaxt istifadə edə bilərlər".
Ermənilərlə əməkdaşlıq edən Arzu Qeybullayevanın “izlənmə” iddiası gülüş doğurdu

Məlumat üçün bildirək ki, Arzu Qeybullayeva tez-tez bu kimi məqalələri və Türkiyədə dərc olunan erməni qəzeti “Aqos”da çalışması ilə gündəmə gəlir.

“Yeni Müsavat”a danışan politoloq Mübariz Əhmədoğlu bildirdi ki, uzun illərdir ictimai sektorda təmsil olunur, ancaq bu kimi hallarla üzləşməyib: “Bəzi adamlar yaxşı bilirlər ki, Azərbaycanın milli maraqlarının əleyhinə getmək pul mənbəyidir. Hətta pul mənbəyi olmayan xarici ölkələrdə də özləri gedib bildirirlər ki, Azərbaycan hökumətini, hökumətdə təmsil olunan şəxsləri vurub, tənqid edəcəyik və sonda onlar sizinlə alverə gedəcəklər. Deyirlər ki, siz Azərbaycandan pul qazana biləcəksiz, ancaq bəri başdan müəyyən vəsait xərcləməlisiniz. Təəssüf ki, bu cür azərbaycanlılarımız var. Əslində bütün xalqların içərisində belə insanlar mövcuddur. Bizim üçün isə məsələ fərqlidir. Məsələn, erməni öyrəşib ki, bütün millətlərlə işləsin. Bizim xalq üçün isə bu, gözlənilməzdir. Arzu xanımın yanaşması çox orijinaldır. Azərbaycanda xalq hərəkatının ilk günlərindən bu proseslərdə olmuşam. Ölkədə bütün hakimiyyətlərin yüksək çinli məmurları ilə əlaqələrim olub. Çox gərgin dövrlərdən, hər cür kəskin söhbətlərdən keçmişəm. Ancaq heç vaxt görməmişəm ki, Azərbaycan hökuməti kimisə ələ almaq üçün aksiya, bu kimi tədbirlər reallaşdırsın. Vaxt olub ki, Azərbaycan hökuməti üçün çox adamların xahişini etmişəm. İndi də çalışıram ki, bacarıqlı, hökumətin tanımadığı gəncləri onlara tanıdım. Yəni bu işlər sivil Avropa qaydaları əsasında gedir. Özümü ictimai şəxslər içərisində dövlət rəsmiləri ilə əlaqəsi olan 5-10 adam içərisində hesab edirəm. Ancaq buna rəğmən, mən həqiqətən belə hal rast gəlməyib. Hazırda dövlətin mətbuat və QHT-lərlə bağlı bütün fəaliyyəti tam rəsmi və şəffaf qaydada qurulub. İstənilən adam müvafiq qurumların saytına daxil olub, QHT-lərə, KİV-lərə ayrılan vəsait, görülən işlər barəsində məlumat ala bilərlər”.
Ermənilərlə əməkdaşlıq edən Arzu Qeybullayevanın “izlənmə” iddiası gülüş doğurdu

Politoloq söylədi ki, bütün işlər şəffaf olduğu halda, onları izləməyə gərək yoxdur: “Sadəcə, hesab edirəm ki, Arzu Qeybullayevanın təxəyyülü xəstədir. O, ”Aqos" qəzetindən uzaqlaşmadı, ermənilər də başa düşdülər ki, belə azərbaycanlı ola bilməz. Bu, sadəcə olaraq milli maraqlarını satmaqla pul qazanır. Arzu Qeybullayeva xaricdə təhsil alıb. Bu savadı ilə ölkəyə gəlib, dövlətimizin maraqlarının yanında dursaydı, müəyyən qədər müddət tələb edən proseduralardan keçməklə yüksək mövqe qazanardı. Azərbaycan jurnalistə ölkə prezidentinin sərəncamı əsasında ev də verilir. Ev alan müxalif jurnalistlərin heç birinin mövqeyi zərrə qədər də dəyişməyib. Əvvəl nə yazırdılarsa, indi də həmin formada yazır. Çox təəssüf ki, Arzu xanım kimilər reallığı bilmədikləri halda xaricilərin əlində Azərbaycan dövlətinə qarşı alətə çevrilirlər. Arzu balamıza deyirəm ki, potensialını, bacarığını Azərbaycan dövlətinin maraqları istiqamətinə çevirsin. Bizim bəzi məsələlərdə problemlərimiz ola bilər. Arzu xanım bu problemlərin həlli istiqamətində işlər görsün".
Ermənilərlə əməkdaşlıq edən Arzu Qeybullayevanın “izlənmə” iddiası gülüş doğurdu

Texnologiya eksperti Osman Gündüz “Yeni Müsavat”a açıqlamasında bu kimi proqramlar barəsində çox danışıldığını dedi: “Hər kəs bilir ki, texnoloji avadanlıqlar yetərincədir və getdikcə də inkişaf edir. Proqramlardan qorunma üçün gərək normal təhlükəsizlik tədbirləri görəsən. Dünyada müxtəlif şirkətlər tərəfindən belə proqramlar buraxılır. Eyni zamanda yaxşı məqsədlər üçün də buraxılan proqramlar var. Məsələn, valideynlər öz övladlarını izləmək üçün onların telefonuna xüsusi proqramlar yükləyirlər. Həmin proqramlar internetdə var və yüklənməsi ödənişlidir. Ancaq bir məqam da var ki, bu kimi proqramlara qarşı da sistemlər mövcuddur. Siz kompüterinizə, telefonunuza xüsusi proqramlar, anti-viruslar yazaraq, əlavə müdaxilələrdən qoruna bilərsiniz. Olur ki, bu dəqiqə ən yüksək mühafizə olunan saytı da dağıdırlar. Lakin onun üçün də böyük işlər görülür. Düşünmürəm ki, normal təhlükəsizlik qaydalarına əməl edilərsə, kiminsə telefonuna daxil olub, məlumatlarını götürmək mümkün olsun”.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar