Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Dünyanın ən hündür uşağı — 11 yaşlı çinli qız

Tarix: 21-11-2018 16:26     Baxış: 3200 A- / A+
Dünyanın ən hündür uşağı — 11 yaşlı çinli qız


Çinin Şandun əyalətində yaşayan 11 yaşlı Çjan Ziyu altıncı sinifdə oxuyur.


Manevr.az xəbər verir ki, 11 yaşlı qızın boyu NBA basketbolçularının bir çoxundan hündürdür. Hazırda Çjanın boyu 210 sm-dir.

Çjan valideynləri kimi basketbolçu olmaq istəyir. Ehtimal edilir ki, qızın anomal uzunluğu irsi keçir.

Hazırda dünyanın ən hündür qızı 12 yaşlı Sofi Hollins sayılır. İngiltərə vətəndaşı olan Sofinin boyu 188 sm-dir. Çinli Çjan isə ondan 22 sm hündürdür. “Ginnesin Rekordlar Kitabı”nın rəsmiləri Çjanın boyunu hələ ölçməyiblər. Qızın ailəsinin də onlara müraciət edəcəyi məlum deyil.
Çjan idman dərsinə çıxanda təkcə şagirdlərdən yox, məktəbin müəllimlərindən də hündür görünür. Amma o, digər şagirdlər kimi tullanır, qaçır və idman hərəkətləri edir.

NBA basketbolçusu Lebron Ceyms Çjanın kumiridir. Ceymsin boyu 2 metr 3 sm-dir. Qızın anasının da boyu 2 metrdən hündürdür və Çinin basketbol üzrə yığmasının oyunçusu olub. Hazırda qadın qızına məşq keçir və idmançı karyerasını hazırlayır.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar