Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

"Samir Şərifovun sərvəti Fazil Məmmədov, Eldar Mahmudov, Ziya Məmmədovdan da çoxdur" - Hafiz Hacıyevdən İTTİHAM

Tarix: 14-11-2018 14:36     Baxış: 3391 A- / A+
"Samir Şərifovun sərvəti Fazil Məmmədov, Eldar Mahmudov, Ziya Məmmədovdan da çoxdur" - Hafiz Hacıyevdən İTTİHAM

"Hökumət üzvləri Prezidentlə xalq arasında uçurum olmasını istəyirlər. Ona görə də istər büdcə məsələsində, istər digər qərarlar da narazılıq yaratmağa çalışırlar”.


Manevr.az
xəbər veirir ki, bu fikirləri mia.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev səsləndirib. Onun sözlərinə görə, narazılıq yaradan nazirlərdən biri Samir Şərifovdur:
"O, özünü gələcəkdə prezident kürsüsündə görür. Bunu heç kim dilinə gətirmir. Amma mən təhlükənin gözümün önünə alıb deyirəm. Mən qardaşıma sadiq olduğum üçün ona olan təhlükələr barədə qorxmadan danışıram. Bu adamların bir məqsədi var ki, narazılıq böyüsün. Samir Şərifov və digər səlahiyyətli şəxslər ölkə başçısının sərəncamından irəli gələrək şəhid ailələrinin pulunu min bir bəhanə ilə vermirlər. Şəhid ailəsinin 11 min manatını vermirlər, amma özlərinin milyardlıq sərvəti var. Məsələn, Samir Şərifovun sərvəti Fazil Məmmədovdan, Eldar Mahmodovdan, Ziya Məmmədovdan a çoxdur, lakin bu gün vəzifədədir deyə heç kimi hünəri çatıb demir”.
Büdcə müzakirələri zamanı səslənən təkilflərə müsbət cavab verilməməsinə münasibət bildirən partiya sədri deyib ki, artımla bağlı qərarın verilməməsi də narazılığın artması məqsədi daşıyır:
"Bunlar ölkə başçısının tələblərini yerinə yetirsələr, əhalinin sosial dujrumu yaxşılaşar, amma onlar bunu istəmirlər. Uşaqpulu ilə bağlı məsələ qaldırılır. Samir Şərifov deyir ki, bizi başqa ölkələrlə müqayisə etməyin. Bu nə yanaşmadır. Samir Şərifov unutmasın ki, bu məsələnin axırı yaxşı olmayacaq. Üzümü tutub ölkədə narazılıq yaradan hökumət üzvlərinə deyirəm ki, xəyanətkar əməllərinizdən əl çəkin. Prezidentin ayağının altını qazanların cəzası ağır olacaq. Çünki xəyanətkarlar əvvəl-axır ağır cəzalanırlar. Gün gələcək, camaat onları tapdalayacaq”.
Partiya sədri deputatlara da mesaj göndərib: "Millət vəkili olduğunuzu iddia edirsinizsə, xalqın sözünü deyin. Nədən çəkinirsiniz? Bundan da pis günümüz olmayacaq ki? Nə qədər bu məmurların talançılığına şahid olacaqsızın? Biz heç zaman bununla barışmayacağıq. Xəyanətkar məmurlarla sona qədər mübarizə aparacağıq”.



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar