Sizin Reklam Burada
Xəbər lenti
20-04-2024
19-04-2024
BÜTÜN XƏBƏRLƏR

Bu xəstəlik hər il beş yaşınadək olan 1,4 milyona yaxın uşağın həyatına son qoyur

Tarix: 13-11-2018 16:31     Baxış: 3194 A- / A+
Bu xəstəlik hər il beş yaşınadək olan 1,4 milyona yaxın uşağın həyatına son qoyur


Uşaq Sətəlcəminə qarşı Qlobal Koalisiyanın təşəbbüsü ilə hər il noyabrın 12-si Dünya Sətəlcəmə qarşı Mübarizə Günü kimi qeyd edilir. Həmin gün səhiyyə müəssisələri profilaktik tədbirlər və tibbi baxışlar keçirirlər. Bundan başqa, könüllülər insanlara sətəlcəm və onunla bağlı risklərdən danışır, məlumat vərəqələri, bukletlər paylayırlar.

Manevr.az azərtac-a istinadən bildirir ki, 2009-cu ildə Dünya Səhiyyə Təşkilatı UNICEF-lə birgə "Sətəlcəmin profilaktikası və xəstəliyə qarşı qlobal fəaliyyət planı"nı elan edib. Bu planın məqsədi uşaqların müdafiəsi üzrə kombinə edilmiş tədbirlərlə sətəlcəm ilə mübarizəni, xəstəliyin profilaktika və müalicəsini fəallaşdırmaqdır.

Sətəlcəm kəskin infeksiya xəstəliklərinə aid edilir və əsasən hava-damcı yolu ilə ötürülür. Müxtəlif növ viruslar, bakteriyalar və göbələklər sətəlcəmin törədiciləri ola bilər. Xəstəliyin simptomatikası onu doğuran səbəblərdən, pasiyentin yaşından və sağlamlıq vəziyyətindən asılıdır. Kəskin keçən bu xəstəlik aldadıcı formada inkişaf edir.

Sətəlcəmin ağciyərdə ağırlaşması uşaqlar və immuniteti zəif olanlarda daha çox müşahidə edilir. Ağciyər sətəlcəmi qripəbənzər simptomlarla KRX (kəskin respirator xəstəlikləri), KRVİ (kəskin respirator virus infeksiyaları) fonunda inkişaf edir. "Özünümüalicə" zamanı temperaturu aşağı salan preparatlar qəbul etdikdə sətəlcəmin yaranma və ya ağırlaşma riski artır. Bu, infeksiyanın tənəffüs yolları ilə aşağı yayılmasına və ağciyərdə infeksiya mənbələrinin yaranmasına səbəb olur. Sətəlcəmin profilaktikası düzgün diaqnozun vaxtında qoyulmasıdır.

Bu xəstəlikdən, ilk növbədə, uşaqlar əziyyət çəkirlər. Dünyada həddi-buluğa çatmamışların ölüm faizinin əsas səbəbi sətəlcəmdir və o, hər il beş yaşınadək olan 1,4 milyona yaxın uşağın həyatına son qoyur. Bu, QİÇS, malyariya və qızılcadan ölənlərin birgə statistik göstəricisindən daha çoxdur.

Xəstəliyin bütün dünyada yayğın olmasına baxmayaraq, ondan Cənubi Asiya və Afrika uşaqları daha çox əziyyət çəkirlər. Lakin kifayət qədər sadə tədbirlərlə, məsələn, immunizasiya və düzgün qidalanma ilə xəstəlikdən qorunmaq olar.

Sətəlcəmə qarşı Mübarizə Gününün təsis edilməsinin məqsədi daha geniş ictimaiyyətin diqqətini bu xəstəliyə cəlb etmək və müalicə üsullarını təkmilləşdirməkdir.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar