Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Məhsulun qapağı açıldıqdan sonra neçə gün saxlamaq olar?

Tarix: 13-11-2018 10:47     Baxış: 3182 A- / A+
Məhsulun qapağı açıldıqdan sonra neçə gün saxlamaq olar?


Zaman-zaman vətəndaşların mağazadan aldığı ağartı məhsullarının istifadəyə yararsız olduğu barədə məlumatlar eşidirik. O da məlum olur ki, bu məhsulların istifadə müddəti başa çatmayıb.

Bəs, ağartı məhsullarının saxlanma şərtləri necədir?

Qida üzrə mütəxəssis Günel Məlikzadə oxu.az-a açıqlamasında bildirib ki, ağartı məhsulları yüksək riskli məhsullar qrupuna aiddir:

"Onların saxlanılmasına ciddi riayət edilməlidir. Məhsulun temperatur şərtlərinə riayət edilmədikdə tərkibindəki mikrobioloji dəyişiklik baş verir. Bu da insan sağlamlığı üçün təhlükə yaradır.

Odur ki, ağartı məhsulları 0-4 dərəcə soyuq temperaturda saxlanılmalıdır. Vətəndaş məhsulu alan zaman istehsal tarixinə baxmalı, qeyd etdiyimiz dərəcəyə diqqət etməlidir. Ağartı məhsulunun qapağı açıldıqdan sonra isə yalnız üç gün saxlamaq olar".

Günel Məlikzadə bildirib ki, qaydalara əməl edilmədikdə qida zəhərlənmələri baş verə bilər:

"Bu məhsulların ağırlığı insanların həssaslığına görə dəyişir. Belə ki, həssas əhali qrupu olan uşaqlar, yaşlılar daha tez zəhərlənə bilərlər. İmmunitet çatışmazlığı olan insanların zəhərlənməsi ölüm hallarına səbəb ola bilər".

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən isə bildirilib ki, vətəndaşlar bu cür hallarla rastlaşdıqda agentliyin qaynar xəttinə məlumat verməlidirlər. Bundan sonra qurumun mütəxəssisləri məsələ barədə dərhal araşdırma aparacaqlar.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar