Sizin Reklam Burada
Xəbər lenti
27-03-2024
26-03-2024
BÜTÜN XƏBƏRLƏR

Bu çörəklər insan orqanizmi üçün təhlükəlidir – Həkimdən xəbərdarlıq

Tarix: 11-11-2018 19:16     Baxış: 3258 A- / A+
Bu çörəklər insan orqanizmi üçün təhlükəlidir – Həkimdən xəbərdarlıq


Ölkəmizdə geniş yayılmış köklüyün birinci səbəbi çörəyin tərkibindəki maddələrdir”.
Bu sözləri həkim dietoloq-nutrioloq Leyla Zülfüqarlı jurnalistlərlə keçirdiyi seminarda deyib. Həkim yediyimiz düzgün bişirilməmiş, tərkibində qatqı maddələri olan çörəklərin şəkərli diabet, köklük, kartof xəstəliyi və.s kimi xəstəliklərə səbəb olduğunu vurğulayıb.
İnsanlar arıqlamaq üçün çörəkdən tamamilə imtina edir ya da qara çörək yeməyə başlayırlar.
Dietoloq deyib ki, çörəkdən imtina etmək düzgün deyil. Doğru çörəkdən düzgün formada istifadə edilməlidir. Doğru çörək isə tam taxıllılardır. Bu baxımdan mütəxəssis köhnə üsulla bişirilən çörəklərin bazardan sıxışdırılıb çıxarılmasının tərafdarıdır.
Qara çörək məsələsinə toxunan həkim bildirir ki, çörəyin rənginin qara olması onun ekoloji cəhətdən sağlam olması anlamına gəlmir. Rənglərinin süni şəkildə qaraldılması alıcıları cəlb etmək məqsədi daşıyır. Ekoloji cəhətdən təmiz qara çörək tamamilə az üyüdülmüş buğdadan ibarət olmalı və ya çovdar, yulaf unundan bişirilməli və ən əsası qatqısız olmalıdır. Əslində gündəlik qida menyusu elə tərtib olunmalıdır ki, həmin maddələri yeyilən digər ərzaqlardan da ala bilək.
Kartof xəstəliyi barədə də məlumat verən dietoloq, bu xəstəliyin keyfiyyətsiz unlardan hazırlanmış təndir çörəklərindən əmələ gəldiyini qeyd edib:
“Əgər fikir vermisinizsə, təndir çörəyini səhərə saxladıqda saqqız kimi dartılır, yapışqan olur. Bunun 1-ci səbəbi unun səhv formada saxlanmasıdır. Qeyd edim ki, un olan anbarlar torpaqdan 1 metr hündürlükdə olmalıdır. Digər səbəb isə çörək tez bişsin deyə temperaturu artırırlar ki, bu da düzgün bişirilmə qaydası deyil”.
Sağlam çörək yemək istəyirsinizsə, qlütensiz, tam taxıllı olmasına diqqət edin. /Azxeber.com/

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar