Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Ramazanda necə qidalanmaq lazımdır?

Tarix: 16-05-2018 15:47     Baxış: 3197 A- / A+
Ramazanda necə qidalanmaq lazımdır?


Xəbər verdiyimiz kimi, sabahdan Azərbaycanda Ramazan ayı başlayır. Bu il ən az 16 saat oruclu olacaqsınız. Bunun üçün qidalanmaq mütləqdir.

Süd: bir stəkan iftardan bir neçə saat sonra, bir stəkan isə imsakda içilməlidir. Süd əsas kalsium və D vitamini qaynağı olduğu üçün aclıq hissini dəf edir.

Yumurta: Mütəxəssislər yumurtanın ən keyfiyyətli protein mənbəyi olduğunu deyir. Doyumluq hissi verdiyi üçün süfrədə olması məsləhətdir.

Ədviyyat: Çalışın oruc tutanda duzlu, istiotlu və ədviyatlı qidalardan uzaq durun.

Darçın: Yemək sonrası bir çimdik darçın insulinin səviyyəsini salır, aclıq hissini öldürür. Ramazanda qan şəkərinin tənzimləmək istəyənlər günə bir çay qaşığı darçın yeməlidir. Darçını südə qarışdırıb içmək də olar.

Kefir: Həzmi asanlaşdıran içkidir. Yoqurtdan daha faydalı olaraq bağırsaqda həzmə kömək edən bakteriyaların sayını artırır, pisxassəli bakteriyaları isə öldürür.

Yaşıl çay: Bədəndə olan yağların azalmasına kömək edir. Ürəyə xeyirlidir. Hər hansı sağlamlıq probleminiz yoxdursa, Ramazanda 2-3 fincan yaşıl çay ürəyinizi və bədəninizi gümrah hiss etdirəcək.

Quru lobya: Orqanizmin arıqlamasını və kökəlməsini tənzimləyir. Ramazanda əsas yeməyin yanında bir qaşıq olması da kifayət edər.

Meyvə: İftarda bolluca meyvə yeyin. Meyvə sizi gün ərzində rahatladacaq, qan şəkərində enib-qalxmaları tənzimləyəcək. Həm də meyvə yeməklə susuzluğu yatıra biləcəksiniz.

Qoz-fındıq: Mədədən gec keçdiyi üçün toxluq hissi verir.

Ramazanda ağ çörəkdən imtina etsəniz daha məsləhətli olar. Əvəzində kəpəkli çörək istifadə edin. Bundan başqa süfrənizdən xurma və pendiri əskik etməyin. İstiotlu və çox yağlı yeməklərdən imtina edin. Qazlı suların əvəzinə kompot və ya adi su içsəniz, mədəniz daha rahat olar. İftar açılandan sonra qısa zamanda çoxlu yeməkdən imtina edin.

İftar açarkən ilk olaraq bir-iki qurtum su içməli və xurma yeməlisiniz. Daha sonra xiyar, pomidor, pendir, zeytun qəbul edin. 15 dəqiqə fasilədən sonra şorba için. Yarım saat ara verdikdən sonra isti yemək yeyin. Beləcə, mədənizin həzmi qaydasında olacaq. Çalışın orucluq ərəfəsində ağır yeməklərdən uzaq olasınız. Daha çox tərəvəzli yeməklər hazırlayın.

Ramazanda artıq çəki almamaq üçün:

Sahurda yeməyi az-az yeyin və çox çeynəyin. Xiyar, çiy tərəvəzlər, pomidor və tərkibində su olan qidalardan çox istifadə edin. Şirniyyatdan uzaq olun.

Çoxlu su için. Yağsız yeməklər yeyin. İftarda çalışın yüngün və zeytun yağında bişən qidalardan istifadə edəsiniz.\axsam.az


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar