Sizin Reklam Burada
Xəbər lenti
23-04-2024
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

Ölkədə bu ərzaqlar ucuzlaşdı - RƏSMİ

Tarix: 04-05-2018 16:42     Baxış: 4469 A- / A+
Ölkədə bu ərzaqlar ucuzlaşdı - RƏSMİ

Bu ilin yanvar-aprel aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 3,5%, o cümlədən ərzaq məhsullarının qiymətləri 3,7%, qeyri-ərzaq mallarının qiymətləri 4,1%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 2,8% artıb.

Manevr.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, cari ilin aprel ayında mart ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,2%, o cümlədən ərzaq məhsullarının qiymətləri 0,5 % azalıb.

Qeyri-ərzaq mallarının və əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə sabit qalıb.

Ay ərzində düyünün, unun, manna və qarabaşaq yarmasının, mal və qoyun ətinin, kolbasa məmulatlarının, yumurtanın, kərə yağının, limonun, bananın, pomidorun, xiyarın, badımcanın, süfrə çuğundurunun, yerkökünün, sarımsağın, kartofun, şəkər və şəkər tozunun qiymətlərində azalma, zeytun və qarğıdalı yağlarının, portağalın, almanın, armudun, göyərtinin, soğanın, qəhvə və çayın qiymətlərində isə artım müşahidə olunub.

Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar