Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Deputatı döyüb Bakıya qaçdı- VİDEO

Tarix: 02-05-2018 10:32     Baxış: 3502 A- / A+
Deputatı döyüb Bakıya qaçdı- VİDEO


Ukrayna parlamentində Pyotr Poroşenkonun Blokunun deputatı olan Mustafa Nayyemə naməlum şəxslər tərəfindən hücum olub.

Manevr.az virtualaz.org-a istinadən xəbər verir ki, hadisə aprelin 30-da Kiyevdə baş verib.

M.Nayem özünün "Facebook” səhifəsində hadisə ilə bağlı yazıb ki, yolda xuliqanlıq edən şəxslərlə sözü çəp gəlib.

Daha sonra 4-5 nəfər onu döyüb.

Hazırda deputat xəstəxanadadır. Onun sözlərinə görə, hücum siyasi fəaliyyəti ilə əlaqədar deyil.

Patrul polisinin başçısı Yuri Zozul faktı təsdiqləyib və bildirib ki, 4 nəfər şübhəli tutulub.

Mustafa Nayyemin dediyinə görə, onu döyən şəxs istintaqdan gizlənməyi bacarıb və Bakıya yola düşüb.

"Ən qəribə hadisələr dördüncü şəxslə bağlı baş verir. O, yoldaşlarının zəngindən sonra hadisə yerinə gələrək mənə zərbələr endirib. Çox güman ki, dəstənin başçısı idi. Onu tutmağa söz vermişdilər, lakin məlum oldu ki, Borispoldan Bakıya uçub”, – Nayyem sosial şəbəkədə yazıb.

Saxlanılan şübhəlilərin kimliyi barədə məlumat verilmir.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar