Sizin Reklam Burada
Xəbər lenti
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Bakıda avtobus sürücüsünü təhqir edib üzünə tüpürdülər- VİDEO

Tarix: 06-03-2018 11:01     Baxış: 4646 A- / A+
Bakıda avtobus sürücüsünü təhqir edib üzünə tüpürdülər- VİDEO


Bakıda sərnişin avtobusunun sürücüsü təhqir edilib.

Hadisə fevralın 28-də baş verib. Həmin gün saat 14:08-də 1 saylı marşrut xətti üzrə hərəkət edən "BakuBus"a məxsus 99-JX-256 dövlət qeydiyyat nişanlı avtobus metronun "Neftçilər" stansiyası yaxınlığındakı dayanacağa daxil olarkən 99-AL-789 dövlət qeydiyyat nişanlı avtomobilinin sürücüsü yol hərəkəti qaydasını kobud şəkildə pozaraq, avtomobilini avtobusun hərəkət zolağında saxlayıb, avtobusun dayanacağa daxil olmasına maneə yaradıb. Avtobus sürücüsü bununla bağlı ona xəbərdarlıq etdikdə isə onu nalayiq hərəkətlər və sözlərlə təhqir edib.

"Bakubus" MMC-nin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mansur Piriyev milli.az-a bildirib ki, onlarla sərnişinin gözü önündə avtobus sürücüsünü təhqir edən ona hədə-qorxu gələrək üzünə tüpürən və beləliklə, yaşlı sürücünün şərəf və ləyaqətini alçaltmağa çalışan şəxslə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub:

"Hadisəyə hüquqi qiymətin verilməsi və avtobusun normal fəaliyyətinə maneə yaradan, sürücünü təhqir edən şəxsin qanunvericiliyə uyğun şəkildə məsuliyyətə cəlb olunması üçün lazım olan bütün tədbirlər həyata keçiriləcək. Bir daha bu cür şəxsləri öz qanunsuz əməllərindən çəkinməyə və digər sərnişinlərimizi isə baş verən belə hallara qarşı laqeyd qalmamağa çağırırıq!".

Qeyd edək ki, "BakuBus" MMC-tərəfindən bəzi avtomobil sürücülərinin avtobuslar dayanacaqlara daxil olarkən və çıxarkən yaratdıqları maneələrlə bağlı mütəmadi şəkildə ictimaiyyətə məlumatlar təqdim olunur. Xatırladaq ki, sərnişindaşıma fəlaiyyyəti zamanı fərdi avtomobil sürücülərinin qanunsuz parklama, ötmə və dönmə əməliyyatları zamanı yol verdikləri qayda pozuntuları ictimai nəqliyyat üçün daha böyük təhlükələr və maneələr yaradır.

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar