Sizin Reklam Burada
Xəbər lenti
14 oktyabr
13 oktyabr
BÜTÜN XƏBƏRLƏR

“Lotu Quli”nin rəqiblərinə ABŞ-dan ZƏRBƏ – Sarkisyanın avtoritet dostu NİYƏ SINDIRILIR?

Tarix: 23-12-2017 18:25     Baxış: 5120578 A- / A+
“Lotu Quli”nin rəqiblərinə ABŞ-dan ZƏRBƏ – Sarkisyanın avtoritet dostu NİYƏ SINDIRILIR?


ABŞ-ın Maliyyə Nazirliyi Rusiya və keçmiş SSRİ-dən olan 10 kriminal avtoritetə, həmçinin iki Rusiya şirkətinə qarşı sanksiyalar tətbiq edib.

Bu haqda Maliyyə Nazirliyinin mətbuat xidmətinin bəyanatında deyilir.
Siyahıya Yuri Piçuqin (Piçuqa), Ruben Tatulyan (Robson), Alimjan Toxtaxunov (Tayvançik), Vladimir Türin (Türik), Zaxari Kalaşov (Şakro Molodoy), Vasili Xristoforov (Voskres), Kamçibek Kolbayev (Kamçi Bişkekski), Laşa Şuşanaşvili (Laşa Rustavski), Vladislay Leontyev (Vadik Belıy) və Qafur Rəhimovun adları daxil edilib.
Maliyyə Nazirliyinin versiyasına görə, yuxarıda göstərilən kriminal avtoritetlər “qanuni oğrular” təşkilatı ilə bağlıdır. Onlar ABŞ, Rusiya, Yunanıstan, İspaniya və Ukrayna ərazisində hərəkət edirlər.

“Lotu Quli”nin rəqiblərinə ABŞ-dan ZƏRBƏ – Sarkisyanın avtoritet dostu NİYƏ SINDIRILIR?


Qeyd edək ki, adıçəkilən kriminal avtoritetlərin bəziləri, məsələn Vasili Xristoforov, Laşa Şuşanaşvili, Yuri Piçuqin və Vladimir Türin Zaxari Kalaşovun həbs olunması ilə Rusiyanın kriminal dünyasında sahibsiz qalan “taxt” uğrunda mübarizədə azərbaycanlı avtoritet Nadir Səlifova (“Lotu Quli”) rəqib hesab olunurlar.

“Taxt oyunları” serialı GERÇƏK OLUR: kimlər "kral" olmaq üçün “Lotu Quli” ilə MÜHARİBƏ APARACAQ?
“Qara siyahı”ya düşən şirkətlərin Rusiyada yaşayan ermənistanlı biznesmen, məşhur avtoritet Ruben Tatulyanla bağlı olduğu deyilir. Kriminal aləmdə daha çox “Robson” kimi tanınan Tatulyan Ermənistanın baş naziri Karen Karapetyanın yaratdığı “Ermənistan investorlar klubu”nun üzvüdür. O, habelə prezident Serj Sarkisyanla yaxındır, “Robson”un Sarkisyanla çəkilmiş fotoları internetdə var.
Təsadüfi deyil ki, bu ilin oktyabrında Soçi hava limanında Sarkisyanı qarşılayanlar arasında "Robson" da olub. Ruben cinayətkar aləmdə nüfuzlu şəxslərdən biridir. Məlumata görə, "Robson" Ermənistan parlamentinin keçmiş deputatı Ruben Hayrapetyanın yaxın adamıdır və o, Ermənistana tez-tez səfər edir. Ermənistandakı yüksək vəzifəli şəxslər və oliqarxlar onunla tanışlığa can atırlar./Publika.az

Manevr.az








Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar