Sizin Reklam Burada
Xəbər lenti
18-03-2024
17-03-2024
BÜTÜN XƏBƏRLƏR

Yeni il ərəfəsində əfv gözləntilərinə nöqtə qoyuldu

Tarix: 17-12-2017 17:07     Baxış: 4250 A- / A+
Yeni il ərəfəsində əfv gözləntilərinə nöqtə qoyuldu


Hər il olduğu kimi, bu il də Dünya Azərbaycanlıların Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində növbəti əfv sərəncamı imzalanacağı gözlənilir. Konstitusiyaya görə, əfv sərəncamının verilməsi prezident İlham Əliyevin səlahiyyətindədir.

Manevr.az xəbər verir ki, Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev modern.az-a danışarkən təmsil etdiyi qurumda növbəti əfv sərəncamına hazırlıq üçün hər hansı toplantı keçirilmədiyini deyib:

"Azərbaycanda əfvlə bağlı sərəncam bir qayda olaraq, əlamətdar, tarixi günlərdə ölkə rəhbərliyi tərəfindən verilir. Amma sərəncam verilməsi nəzərdə tutulsaydı, Komissiya toplaşmalı idi. Bu günə qədər isə iclaslar keçirilməyib. Ona görə də ilin sonunda əfv olacağını düşünmürəm”.

Ə.Nuriyev Komisiyyanın toplaşmamasına rəğmən, prezidentin hər an belə bir qərar verəcəyini istisna etməyib:

"Müstəsna hüquq dövlət başçısnındır. İstənilən vaxt sərəncam verilməsi onun səlahiyyətindədir”.

Əfv Məsələləri Komissiyanın digər üzvü Rəşad Məcid də əfvlə bağlı gözləntilərə aydınlıq gətirərkən, təxminən eyni fikirləri səsləndirib:

"Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində Prezident İlham Əliyev tərəfindən əfv sərəncamının imzalanacağı gözlənilmir”.
Komissiya üzvü fikrini belə əsaslandırıb: "Təbii ki, sərəncam verilməsi cənab prezidentin səlahiyyətində olan məsələdir. Amma əgər əfv olacaqdısa, indiyədək komissiya topalaşardı, iclaslar keçirilərdi. İndiyə qədər hər hansı iclas keçirilmədiyindən əfv olmayacaq”.

Respublikamız müstəqillik əldə etdikdən bu günə qədər 61 əfv sərəncamı imzalanıb. 7 mindən artıq şəxs bu sərəncamlarla cəzadan azad edilib, yaxud müddətli cəza ilə əvəzlənib. 2003-cü ildən bu günə qədər prezident İlham Əliyev tərəfindən imzalanmış əfv sərəncamları nəticəsində 3700-ə qədər şəxs cəzadan azad edilib. Son illərin təcrübəsinə nəzər salsaq, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə 2016-cı il istisna olmaqla cənab prezident tərəfindən əfv sərəncamları imzalanıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar