Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Bu gün axşam, ya da sabah səhər saatlarında pensiyaçılar təqaüdlərini ala biləcəklər

Tarix: 12-12-2017 16:19     Baxış: 3742 A- / A+
Bu gün axşam, ya da sabah səhər saatlarında pensiyaçılar təqaüdlərini ala biləcəklər


“Pensiyaların maliyyələşdirilməsi üçün tələb olunan vəsait hesablara köçürülüb. Bu gün axşam, ya da sabah səhər saatlarında pensiyaçılar təqaüdlərini ala biləcəklər”.
Manevr.az bildirir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev pensiyaların gecikməsi ilə bağlı Oxu.Az-ın sualına cavabında bildirib.
Nəzərə çatdıraq ki, uzun müddətdir pensiyaların maliyyələşməsi hər ayın 13-dək Bakı şəhərində, 20-dək isə regionlarda başa çatırdı. Belə ki, 2013-cü ildən Azərbaycanda pensiyaların ölkə üzrə maliyyələşdirilməsi qrafiki bir qədər də irəli çəkilib. Həmin ildən xəzinədarlıq orqanları tərəfindən pensiyaların vətəndaşların şəxsi hesablarına köçürülməsi Naxçıvan Muxtar Respublikası üzrə hər ayın 11-dək, Bakı şəhərinin rayonları üzrə hər ayın 13-dək, əhalisi məcburi köçkün olan rayonlar üzrə hər ayın 16-dək, respublika tabeli şəhərlər üzrə hər ayın 18-dək, digər rayonlar üzrə hər ayın 24-dək, hərbi qulluqçular və xüsusi rütbəli şəxs kateqoriyasından olan pensiyaçılar üzrə hər ayın 29-dək yekunlaşdırılacağı barədə məlumat verilmişdi.
Qrafiklə müəyyən olunmuş tarixlər istirahət və bayram günlərinə təsadüf etdikdə istirahət və bayram günlərindən sonrakı iş günündə icra edilir. Bayramlar və dövlət əhəmiyyətli tədbirlər olduğu aylarda bu qrafikin müəyyən olunmuş vaxtdan əvvəl icrasının həyata keçirilməsi nəzərdə tutulub. Cari ilin ikinci yarısından hər ayın 11-i Bakı şəhərində pensiyaların köçürülməsinə başlanılırdı.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar