Sizin Reklam Burada
Xəbər lenti
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

"Qarabağ münaqişəsi "dondurulmuş" deyil, realdır və bu, bizi narahat edir" : Səfir

Tarix: 12-12-2017 16:08     Baxış: 339 A- / A+
 "Qarabağ münaqişəsi "dondurulmuş" deyil, realdır və bu, bizi narahat edir"


"Dağlıq Qarabağ münaqişəsini "dondurulmuş" kateqoriyasına aid etmək çətindir".


Manevr.az apa-ya istinadən xəbər verir ki, bunu Fransanın Ermənistandakı səfiri Conatan Lakot keçirdiyi brifinqdə deyib.

Münaqişənin cəmiyyətdə əks olunma səviyyəsindən təəccübləndiyini deyən diplomat ilin əvvəlindən bəri təmas xəttində 57 hərbçinin həlak olduğunu diqqətə çatdırıb.

Səfir qeyd edib ki, bu, "dondurulmuş" münaqişə deyil: "Bu, insanlara və iqtisadiyyata təsir edən gerçək münaqişədir. Bu münaqişə bizi narahat edir. Fransa ATƏT-in Minsk qrupunun həmsədri kimi öhdəliklərini yerinə yetirməkdə qərarlıdır. Münaqişənin hərb yolu ilə həlli ola bilməz".

C. Lakot bildirib ki, danışıqlar prosesinin mərkəzində güc tətbiqinin yolverilməzliyi, ərazi bütövlüyü və xalqların öz müqəddəratının təyin edilməsi prinsipləri dayanır. O qeyd edib ki, Fransa prezidentlərin Cenevrə görüşünün, XİN rəhbərlərinin Vyana görüşünün nəticələrini alqışlayır və nazirlərin ilin əvvəlində görüşünü gözləyir: "Fransada ən yüksək səviyyədə münaqişəni izləyirlər. Fransa Minsk qrupu tərkibində öhdəliklərinə tam sadiqdir, lakin söhbət vasitəçilik rolundan gedir. Nizamlanmaya yalnız tərəflər nail ola bilərlər".

C. Lakot səfir olduğundan danışıqlar prosesinin detalları barədə danışa bilməyəcəyini də əlavə edib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar