Sizin Reklam Burada
Xəbər lenti
23-04-2024
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

MAŞIN ALANLARA ŞAD XƏBƏR!!

Tarix: 12-12-2017 15:35     Baxış: 4805 A- / A+
MAŞIN ALANLARA ŞAD XƏBƏR!!



Dolların manat qarşısında dəyər qazanması Azərbaycanın maşın bazarına necə təsir göstərib? Badamdar qəsəbəsində yerləşən, daha çox ikinci əl maşınların satıldığı maşın bazarında apardığımız müşahidələr alıcı qıtlığı olduğunu göstərir.

Azərbaycanda avtomobillərin qiymətləri - Avtomobil satışı ilə məşğul olan fərdi sahibkar Emin Məmmədov deyir ki, ikinci devalvasiyadan sonra bazarda qiymətlər əhəmiyyətli dərəcədə aşağı düşüb:
“Hazırda bazarda durğunluqdur. Satıcılar çoxdur, amma alıcı yoxdur. Əvvəlki aylara nisbətən çox zəifləyib. Hər satışda 5-10 manat qazanırdıq. Amma indi demək olar ki, qazanc yoxdur. Hazırda ən çox tələbat "Mersedes" maşınlarınadır, çünki onların qiyməti digər markalarla müqayisədə aşağıdır. Alıcılar daha çox 6 -10 min dollar arası maşınlarla maraqlanırlar, yəni daha çox tələbat bu qiymətdə olan maşınlaradır. Amma birinci əl maşınlar, yəni yeni gətirilən maşınlara alıcı yoxdur. İkinci əl maşınların qiymətinə gəlincə, 10 min dollara satılan maşınlar daha çox, 7-6 min dollara qədər düşüb".



Avtomobillərin qiymətinin kəskin aşağı düşdüyünü təsdiqləyən digər satıcı ilə deyir ki, kəskin ucuzlaşma həm Rusiya istehsalı olan avtomobillərdə, həm də xarici avtomobillərdə müşahidə olunur:



"Alıcılıq qabiliyyəti də aşağıdır. Bazara gələn potensial alıcı isə ancaq ucuz, balaca avtomobil alır, çünki pulunu itirməkdən qorxur. Qiymətin enməsinə rəğmən, böyük, bahalı avtomobillərin, CİP, PRADO, HUNDAİ , KİA-nın alıcısı yoxdur. Yəni bazarda alıcı 5 faizdir. Həftənin bütün günlərində alıcı qıtlığı yaşanır. Onu da deyim ki, əgər balaca maşınların qiyməti 2000-3000 manat düşübsə, böyüklərdə isə bu rəqəm 10-15 min manat arasında dəyişir. Alıcılar "LEXUS" və "TOYOTA" markalı maşınlarln qiyməti ilə daha çox maraqlanırlar. Bundan əvvəl 2008-ci il istehsalı olan "PRADO"nu 28-30 min manata almaq mümkün idisə, indi bu avtomobillərin qiyməti 21-22 min manata düşüb”.



Satıcılar sovet istehsalı olan maşınların qiymətinin daha çox düşdüyünü deyib. Elə bu səbəbdən də alıcıların əksəriyyəti belə maşınlara üz tuturlar.



"Mən bazara "Niva" almağa gəlmişəm. Noyabrda maraqlandım, qiyməti 8-9 min dollara qədər qalxmışdı. Amma indi 2012-nin istehsalı olan "Niva"ların qiyməti 5-6 min dollar arası dəyişir. İndi düşünürəm ki cibə uyğundur və ehtiyacım var. O üzdən münasib qiymətə tapsam, heç düşünmədən alacam"



Digər bir müştəri isə maşın satışının dollarla olmasından şikayətlənir. Onun sözlərinə görə, əvvəllər bəzi sovet istehsalı olan maşınları manatla ala bilirmiş.



"VAZ-21015 markalı maşını axtarıram. Amma səhərdən tapa bilmirəm. Bir-iki nəfərdə var. O da dollarla satır. 4-5 min manat arası olsa, alacam".



İqtisadçı ekspert Samir Əliyev hesab edir ki, alıcı qıtlığı maşın bazarı ilə yanaşı mənzil bazarında da müşahidə olunur. Hazırda insanlar daha çox ilkin tələbatlarını ödəməyə üstünlük verirlər.



"Bazarda avtomobillərə tələbatın azalması ötən ilin əvvəlindən başlanıb. O zaman avtomobillərin kreditlə satışına qarşı Mərkəzi Bank tərəfindən sərt tələblər qoyuldu və avtomobil kreditləri dayandırıldı. Şərtlər ağırlaşdırıldı. "Avro-4" standartlarının tətbiqi isə ölkəyə ucuz avtomobillərin gətirilməsinə problem yaratdı. Yəni maşın bazarında devalvasiyadan və neftin qiymətinin düşməsindən öncə də bir durğunluq yaranmışdı".



Samir Əliyev bildirib ki, yanvarın 1-dən etibarən mühərrikin həcminə görə avtomobillərə tətbiq edilən yeni vergilərin müəyyənləşdirilməsi xaricdən gətirilən avtomobillərin qiymətinə təsir göstərib.



"Təbii ki, devalvasiya zamanı qiymətlər dollara uyğunlaşdırılır. Ancaq xarici valyutada olan qiymətlərdə ucuzlaşma baş verir. Bu bütün bazarlarda belədir. Məsələn 10 min dolara gətirilən avtomobil 9-8 minə qədər ucuzlaşır. Ancaq manat ekvivalentində bahalaşdığını görürük. Alıcı olmadıqda artıq manatla da qiymətlərin düşməsi baş verir" .

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar