Sizin Reklam Burada
Xəbər lenti
29-03-2024
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

Köçkünlər üçün əlavə 15 milyon manat: NƏYƏ XƏRCLƏNƏCƏK?

Tarix: 06-10-2017 21:23     Baxış: 4305 A- / A+
Köçkünlər üçün əlavə 15 milyon manat: NƏYƏ XƏRCLƏNƏCƏK?


Qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi üçün ayrılan vəsaitin miqdarı artırılıb. Bu, Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2017-ci il büdcəsi haqqında” 2017-ci il 10 yanvar tarixli fərmanında dəyişikliklər edilməsi barədə fərmanında əksini tapıb.
Dövlət Neft Fondunun büdcəsində 2017-ci ildə qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi üçün nəzərdə tutulan xərclər 15 milyon manat artırılıb və 90 milyon manatdan 105 milyon manata çatdırılıb.
Maraqlıdır, qaçqın və köçkünlər üçün nəzərdə tutulan vəsait hansı formada veriləcək?

Köçkünlər üçün əlavə 15 milyon manat: NƏYƏ XƏRCLƏNƏCƏK?


Azərbaycan Qaçqınlar Cəmiyyətinin sədri Əziz Ələkbərli Cebhe.infoya bildirib ki, qaçqınların və məcburi köçkünlərin sosial problemlərinin həlli məsələsi Azərbaycan dövləti üçün həmişə prioritet məsələ olub və olaraq da qalır: “Burada məcburi köçkünlərin məskunlaşdırılması məsələsi xüsusi yer tutur. Son fərman bunun bariz nümunəsidir. Azərbaycan Respublikasının Dövlət Neft Fondundan ən böyük ayırmalar həmişə məcburi köçkünlər, onların sosial problemlərinin həlli, məskunlaşdırılması, mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı olub. Əgər cənab prezident bu məsələlərlə bağlı daha 15 milyon manat ayırıbsa, heç şübhəsiz, bu məbləğ konkret məqsədlər üçün ayrılıb və yaxın zamanlarda biz bunun nəticəsini ya yeni binaların tikilib istifadəyə verilməsi, yaxud yeni iş yerlərinin açılması şəklində görəcəyik”.
Cəmiyyət sədrinin ehtimallarına görə Cocuq Mərcanlının məskunlaşdırılması ilə bağlı işlər də davam etdiriləcək: “Bu məsələdə ağırlıq başda cənab Əli Həsənov olmaqla Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin üzərinə düşür. Mən bu kollektivin nə qədər gərgin işlədiyinin şahidi olmuşam və onların hamısına bu ağır, şərəfli işdə uğurlar arzu edirəm. Məcburi köçkün soydaşlarımızın bir hissəsinin həqiqətən çox acınacaqlı şəkildə yaşadığını hamıya məlumdur. Bu, hamımızın problemidir. O gün olsun ki, işğal altında olan bütün torpaqlarımız düşməndən azad edilsin, içində də Azərbaycanın tarixi əraziləri olan Qərbi Azərbaycan. Prezidentimiz də həmin torpaqların bərpası üçün yeni-yeni vəsaitlər ayırsın”. /Cebhe.info/

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar