Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

Nazirdən pensiyalarla bağlı açıqlama :"İLİN SONUNADƏK..."

Tarix: 05-10-2017 16:09     Baxış: 62 277 A- / A+
Nazirdən pensiyalarla bağlı açıqlama
“Əmək pensiyalarının bütün məbləğinin indeksləşdirilməsi ilə bağlı layihə ilin sonunadək Prezident Administrasiyasına təqdim olunacaq”.
Manevr.az xəbər verir ki, bunu report-a açıqlamasında İstanbulda səfərdə olan əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.
Nazir xatırladıb ki, 2017-ci il iyunun 1-dən “Əmək pensiyaları haqqında” qanuna müvafiq dəyişikliklər edilib: “Artıq pensiyaların artımının yeni forması qanunla müəyyənləşdirilib. Bu da ondan ibarətdir ki, hər ilin əvvəlində əvvəlki il əmək haqqının ölkə üzrə artım sürətinə uyğun olaraq pensiyanın bütün məbləği indeksləşdiriləcək. Biz ilin sonunda Dövlət Statistika Komitəsindən 2017-ci il üçün ölkədə orta aylıq əmək haqqının artım sürəti haqqında rəsmi məlumat alacağıq və həmin səviyyəyə uyğun olaraq əmək pensiyalarının bütün məbləğinin indeksləşdirilməsi barədə müvafiq təklifi dövlət başçımıza təqdim edəcəyik”.
S.Müslümov hesab edir ki, bu, düzgün metoddur. Onun sözlərinə görə, dünyanın əksər ölkələrində əmək pensiyalarının artımı bu formada həyata keçirilir: “Çünki yeni edilən dəyişikliklərə görə artıq əmək pensiyalarının baza hissəsi deyilən bir anlayış yoxdur. Əvvəllər baza hissəsi cənab Prezidentin müvafiq sərancamına görə artırılırdı, sığorta hissəsi isə ölkədə infliyasiya faizinə uyğun olaraq indeksləşdirilirdi. Artıq baza hissəsi deyilən bir anlayış yoxdur, əmək pensiyalarının tam məbləği var. Bu məbləğin indeksləşdirilməsi lazımdı və bu indeksləşdirmədə ölkədə orta aylıq əmək haqqının illik artımının faizi əsas götürülüb”.
Nazir bildirib ki, bundan başqa, ayrı-ayrı insanların individual, yəni fərdi hesablarına daha çox vəsait toplamalarına hər cür şərait yaradılıb. S.Müslümov vurğulayıb ki, onların pensiyalarının artımı buna bağlıdır: “Eyni zamanda yeni qanuna görə sosial sığorta hesabları fərdi hesaba açıqdır. Yəni istənilən şəxs bank vasitəsilə ora vəsait köçürə bilər və bu yolla da özlərinin pensiyasının artımına nail ola bilərlər”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar